Mominlərin təvazokarlığı


İnsan özünü nə ucun ustun gorməməlidir?
Allah`dan qorxan insanın həyatdakı ən boyuk məqsədi Allah`ın razılığını qazandıran əxlaqa yiyələnməkdir. Bunun ucun ozunu tərbiyə etməli, daima daha ustun əxlaqa çatmalıdır. Çünki səmimiliyin, dürüstlüyün, çalışqanlığın, fədakarlığın, təvazökarlığın və ya digər gozəl xususiyyətlərin son həddi yoxdur.
Bir insan: “Mən ən gozəl əxlaqı mənimsədim, bundan daha yaxşısı yoxdur”, - deyə bilməz.
Ozunu hər cəhətdən noqsanlı görən, daha yaxşısını axtaran insan mənəvi baxımdan sürətlə irəliləyər. Bu cür insan qısa müddətdə səhvlərini duzəldər, hər gun daha ustun əxlaqa doğru irəliləyər. Əgər insan ozunu bir sahədə kafi hesab edirsə, daha yaxşısını axtarmaq və tətbiq etmək ucun səy gostərməz. Noqsan və səhvlərini duzəldə bilməz. Bu da onun əxlaqının gözəlləşməsinə mane olar. Allah Quranda insanın özünü hər hansı sahədə kafi gorməsinin boyuk səhv olduğunu belə bildirmişdir:
Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə gorə. (Ələq surəsi, 6-7)
Elə buna gorə də insan istər Allah`ın rizasını qazanmaq üçün xeyirli işlər gorməkdə, istərsə də mənəvi cəhətdən ozunu təkmilləşdirmək sahəsində əsla ozunu kafi gorməməlidir. Allah`ın ona verdiyi ağıl ilə daima daha yaxşısını, daha gözəlini, daha ustununu, daha mukəmməlini tələb etməli və bunun ucun səmimi səy gostərməlidir.


                      Mominlərin təvazokarlığı 
Təvazokarlıq Quranda mühüm mömin xüsusiyyəti kimi bildirilir. Allah ayələrində mominlərə təvazökar olmağı əmr edir. Allah`ın lovğa və azğınları sevmədiyi ayələrdə xəbər verilir.
Mominlər Allah`ın hər şeyi yaratdığını, hər şeyin tək sahibi olduğunu və insanlara butun nemətləri verənin Allah olduğunu bilirlər. Ona gorə də mömin Allah qarşısındakı acizliyini bildiyi üçün yersiz təkəbbur gostərməz. Nə qədər gozəl, zəngin, ağıllı, etibarlı olsa da, bunlara gorə lovğalanmaz, çünki bu xüsusiyyətləri ona Allah`ın verdiyini bilir. Ona gorə də mominlərə qarşı daima təvazokar olar. Oz xususiyyətlərini ön plana çıxarıb daima gözəl tərəflərini vurğulamağa çalışmaz. Çünki etdiyi hər şeyin əvəzini ancaq Allah`dan gozləyər.
Təvazokar mominlər inkarcılar kimi yer uzundə təkəbbur gostərməz, əksinə, sadəlik gostərər və bu təvazoləri xarici gorunuşlərinə də təsir edər. Allah mominlərin təvazokar davranışına bir ayəsində belə diqqət çəkmişdir:
Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer uzundə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər. (Furqan surəsi, 63)
Bu əxlaqlarına görə Allah mominləri cənnətlə mujdələmişdir:
Sizin tanrınız yalnız bir olan Allah`dır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə mujdə ver! (Həcc surəsi, 34)

1 yorum:

  1. Spin88 Casino Site - The luckyClub
    Spin88 Casino, the perfect choice of online casinos. Sign up to get 25 free spins + welcome bonus and get your first deposit luckyclub.live today. Rating: 4.8 · ‎Review by LuckyClub

    YanıtlaSil