Xəstəlik və cətinlik anlarında
momin necə davranar?
Mominlər dunyada Allah`ın insanları çətinlik və ya xəstəliklərlə sınadığını bilirlər. Ona gorə, ən ağır xəstəliklə və ya cətinliklə qarşılaşsalar da, daima təvəkkullu və səbirli davranır, heç vaxt ümidsizliyə duşmurlər. Xəstəliyi və cətinliyi verənin Allah olduğunu və bunları yalnız Allah`ın aradan qaldıracağını bilərək dərhal Allah`a yonəlirlər. Bu gozəl davranışlarının əvəzini dunyada və axirətdə Allah`dan diləyirlər. Allah “Bəqərə” surəsində mominlərin başına gələn cətinliklərə qarşı göstərdikləri gozəl davranışı belə bildirir:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə mujdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allah`ınıq və Ona tərəf qayıdacağıq!” - deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gozləyir. Onlar doğru yolda olanlardır! (Bəqərə surəsi, 155-157)
Mominlərin gorduyu işlərlə bağlı bir-birləri ilə
məsləhətləşməsinin hansı faydaları var?
Allah Quranda “O kəslər ucun ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə gorər...” (Şura surəsi, 38) ayəsi ilə mominlərin məsləhətləşərək iş gorduyunu bildirir. Məsləhət etməyin maddi-mənəvi çox faydalı nəticələri var. Hər şeydən əvvəl, bir insanın bir işdə başqası ilə məsləhətləşərək onun da fikrini oyrənməsi o insanın təvazökarlığını göstərir ki, təvazökarlıq Allah`ın bəyəndiyi əxlaqdır. Məsləhətləşmənin digər faydası isə budur: bir işdə bir nəfərin təkbaşına qərar verməsi əvəzinə, bir necə nəfər birlikdə daha ağıllı fikir söyləyə bilər. Birinin duşunmədiyini digəri duşunər, hər kəs bir-birinin çatışmayan cəhətini tamamlayar. Beləliklə, nəticə daha xeyirli olar. Gorulən işdə əldə edilən uğur isə bir deyil, bir necə şəxsə aid olar. Bu da insanın nəfsinin bu uğura görə oyunməsinə, bunu öz uğuru kimi görməsinə mane olar.
Hiç yorum yok:
Yorum Gönder