İnsan səhv etdikdə və ya unutduqda
nə etməlidir?
İnsan aciz yaradılmışdır, ona görə, bəzi şeyləri unudur və ya hər hansı məsələdə səhv edir. Unutmamaq və səhv etməmək sadəcə Allah`a aid xususiyyətlərdir. Əsas odur ki, doğru olanı xatırladıqda insan həmin şeyi dərhal tətbiq etsin. Allah buna dair “Ənam” surəsində belə bildirir:
... Əgər şeytan sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma. (Ənam surəsi, 68)
Ayədən gorunduyu kimi, insan unudaraq və ya bilmədən səhv edə bilər. Ona gorə, insanın unutduğuna və ya səhv etdiyinə gorə kədərlənməsi və ya narahat olması çox yersizdir. Belə hallarda mominlər Allah`ın sonsuz mərhəmətinə sığınmalı və: “…Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma...” (Bəqərə surəsi, 268) - deyərək dua etməlidirlər.
Tarixən butun xalqlara
elci gondərilibmi?
Allah quranda kecmişdə yaşamış bütün xalqlara elçi göndərdiyini bildirmişdir. Allah`ın elciləri gondərildikləri tayfalara doğru yolu göstərmiş, insanlara Allah`ın qadağalarını xəbər vermiş, ölümün yaxınlığını, cənnətin və cəhənnəmin varlığını, dünyada yaşama məqsədlərini izah etmiş və onları Allah`ın dininə dəvət etmişlər. Allah`ın ədaləti ilə butun insanlar Onun elciləri vasitəsilə xəbərdar edilib qorxudulmuş və mujdələnmişlər. Bu, onu gostərir ki, axirətdə insanlar: “Mənim hec nədən xəbərim yox idi”, - deyə bilməyəcəklər, cunki hər insan Allah`ın dəvətini eşitmişdir. Allah bir ayəsində insanlara belə bildirir:
Doğrudan da, Biz səni haqla mujdə verən və qorxudan bir peyğəmbər olaraq gondərdik. Elə bir ummət yoxdur ki, onun icindən qorxudan bir peyğəmbər gəlib-getməsin! (Fatir surəsi, 24)
İnkarçılar tarix boyu nə ucun
butun peyğəmbərlərə böhtan atıblar?
Peyğəmbərlərin daima Allah`ın dinini təbliğ etməsi inkar edənləri narahat edir. Cunki izah edilənləri anlayan və tətbiq etməyə başlayan insanlar tamamilə dəyişməyə, inkar edənlərin batil sistemindən uzaqlaşmağa başlayırlar. Məsələn, iman gətirdikdən sonra ancaq Allah`dan qorxmalı olduqlarını bildikləri üçün onları başqa heç nə ilə qorxutmaq olmur. Daima dinin mənfəətini gudərək hərəkət etdikləri üçün inanan insanları heç nə qorxutmur və doğru yoldan ayırmır. Bu insanlar hər cur şəraitdə, əvəzində nə verilsə də, ədalətdən və haqqı söyləməkdən cəkinmir, doğru bildiklərindən donmurlər.
Bu vəziyyət isə inkarcıları narahat edir, çünki bu, onların dünyəvi mənfəətlərinə ziddir. Məsələn, inkarçılar öz həyat tərzlərinə uyğun yaşamağa və ətrafdakıları da buna uyğun yaşatmağa çalışırlar, lakin peyğəmbərin yetişdirdiyi mominlər ancaq Allah`ın əmrlərinə əməl edirlər. İnkarçıların cahil sisteminin yanlışlığın, dünya və axirətdə insanlara rahatlıq və xoşbəxtlik bəxş edən dinin gozəlliyini insanlara oyrədirlər.
Məhz bu səbəblərə gorə, inkar edənlər hər dovrdə muxtəlif yollarla gondərilən elcilərə mane olmağa çalışıblar. Buna dair Quranda müxtəlif numunələr inananlara xəbər verilir. İnkarçılar əvvəlcə cox əsassız və ağıldan kənar sohbətlərlə Allah`ın elcilərinin izah etdiyi mövzuları təkzib etməyə çalışırlar. Sözlü hədə-qorxu ilə onların qarşısını almağa cəhd gostərirlər. Bu cur nəticə almadıqda isə fiziki metodlara əl ataraq inananları haqq yoldan döndərməyə çalışırlar. Lakin bu metodlardan heç biri fayda vermir, elcilərin və saleh mominlərin izah etdiyi doğruların əksinə dəlil gətirə bilməz, onların fikirlərinə zidd olan fikirlər irəli surə bilməzlər.
Allah bir cox ayədə inkar edənlərin hədə-qorxularına, peyğəmbərlər haqqındakı əsassız iddialarına aid nümunələr vermişdir:
Qovmunun kafir başcıları dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu adamda, sadəcə olaraq, bir dəlilik var. Hələ bir müddət gözləyin!” (Muminun surəsi, 24-25)
Bu, sadəcə olaraq, Allah`a iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik! (Muminun surəsi, 38)
... Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” – dedilər. (Ğafir surəsi, 24)
Quranda Allah bu cur iftiraların inkarçılar arasında bir növ ənənə halını aldığını bir ayədə belə bildirir:
Beləcə, onlardan əvvəlkilərə də elə bir elci gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. (Zəriyət surəsi, 52-53)
İnkarçıların bu səyləri nəticə verirmi?
İnkar edənlərin Allah`ın elcilərinə və mominlərə qarşı hədə-qorxuları və fiziki mubarizələri hec vaxt bitmir. Cunki Allah “... Halbuki, əgər mominsinizsə, siz cox yuksəkdə durursunuz!” (Ali-İmran surəsi, 139) ayəsi ilə dunyada və axirətdə Oz tərəfdarlarının üstün olduğunu müjdələmişdir.
Gorunduyu kimi, tarix boyu inkarcılar möminlərə qarşı daima mübarizə aparıblar. Ancaq bu mübarizələr həmişə mominlərin lehinə nəticələnmişdir. Bu, Allah`ın vədidir. Allah Quranda bu qanununu belə bildirir:
Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz quvvət sahibi, qudrət sahibidir! (Mucadilə surəsi, 21)
Hiç yorum yok:
Yorum Gönder