MOMININ EMELLERI NECE OLMALIDIR-2


Mominlər baş verən hadisələrə gorə kədərlənərlərmi?

Mominlər hadisələrə gorə kədərlənməzlər. Cunki Allah`ın yaratdığı hər hadisə ilə onları sınadığını bilirlər. Uğursuz görünən hadisələrdə də təvəkkullu davranarlar və səbir edərlər. Allah`ın hər şeyi bir hikmətlə yaratdığını unutmazlar. Quranda bununla bağlı belə numunə verilir:
Əgər siz ona komək etməsəniz, Allah ona komək gostərmiş olar. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq cıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!”… (Tövbə surəsi, 40)
Ayədən gorunduyu kimi, Peyğəmbərimiz (s.ə.v) ən cətin şəraitdə belə dostuna kədərlənməməyi tovsiyə etmişdir. Mominlər ucun ən gozəl ornək peyğəmbərlərin əxlaqı olduğuna görə, onlar da cətin şəraitdə bu cur davranarlar.
Mominlərin kədərlənməməsinin ən əsas səbəblərindən biri də Allah`ın yaratdığı hər hadisənin onlar üçün xeyir olduğunu bilmələridir. Allah iman gətirənlərə dunyada gozəl həyat vəd etmişdir. Bu cur gozəl həyat surən mominlər Allah`ın onları axirətdə də dünyadakından daha gözəl və əbədiyyən nemətlərin əsla əskilmədiyi həyata qovuşduracağına ümid edirlər. Şubhəsiz, bu, bir insan ucun ən boyuk mujdələrdən biridir, eyni zamanda, ən boyuk sevinc mənbəyidir. Ona gorə də mominlər əsla kədərlənməzlər. Allah mominləri belə mujdələmişdir:
Həqiqətən də: “Rəbbimiz Allah`dır!” – deyib sonra duz yol tutan kəslərə mələklər nazil olub (deyərlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Biz dunyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin cəkdiyi, istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 30-31)

Mominlər əsəbiləşərlərmi?
Mominlər hər insan kimi muxtəlif hadisələrə gorə əsəbiləşə bilərlər. Lakin mominlərin ustun əxlaqının ən mühüm göstəricilərindən biri əsəblərini cilovlamalarıdır. Əsəbiləşməyin onlara fayda verməyəcəyini, əksinə, əsəbiləşdikdə ağıllı davranmayacaqlarını, ədalətdən uzaqlaşacaqlarını bilirlər. Belə vəziyyətdə həm özlərinə, həm də ətrafdakılara zərər verən səhv qərarlar verməkdən çəkinərlər. Buna görə də möminlər səbirli və mərhəmətli davranarlar. Allah Quranda mominlərin bu xususiyyətini belə tərifləmişdir:
O muttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran surəsi, 134)
Ancaq əsəbini cilovlamaq dedikdə passiv, susqun, hər şeyi qəbul edən davranış nəzərdə tutulmur. Əlbəttə, möminlər hadisələrə reaksiya verər, mənfi hərəkət, iman gətirənlərə ziyan vuracaq mühit varsa, buna dərhal mane olarlar. Lakin bunu edərkən hisslərinə qapılmaz, əksinə, ağıllı davranaraq həll yolu tapar, qarşı tərəfi düşdüyü vəziyyətdən çıxarmaq, ona doğru yolu göstərmək, zərərli mühiti dəyişdirmək üçün çalışarlar.

Mominlər səhv edərlərmi?
Quranda bildirildiyi kimi, mominlər səhv edə bilər. Ancaq Allah`dan qorxub cəkindikləri və Ona qarşı səmimi olduqları üçün səhvlərini israrla təkrarlamaz, dərhal duzəltməyə calışarlar. Allah`dan bağışlanma diləyər və özlərini islah edərək bir daha bu xətanı etməməyə diqqət edərlər. Dünyanın tərbiyə yeri olduğunu bilər və etdikləri səhvlərdən nəticə cıxararaq ibrət alar, özlərini kamilləşdirirlər. Allah möminlərin bu gözəl əxlaqını bir çox ayədə tərifləmiş, onları mütləq bağışlayacağını müjdələmişdir:
O muttəqilər ki, bir gunah iş gordukləri, yaxud ozlərinə zulm etdikləri zaman Allah`ı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allah`dan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar. (Ali-İmran surəsi, 135)

Quranda mominlərə əmr edilən ədalət anlayışı necədir?
Allah mominlərə hadisələri həmişə ən ədalətli yolla, Quranda bildirilən hədlərə uyğun olaraq dəyərləndirməyi əmr etmişdir. İnsanlar arasında hökm etdikdə mütləq ən ədalətli qərarı verməyi və haqlı olanın tərəfində olmağı bildirmişdir.
Mominlər şahidlik etdikdə də doğru və ədalətli davranarlar. İnsanın bəzən verdiyi bir qərar, edəcəyi şahidlik öz əleyhinə ola bilər və ya yaxınlarının mənfəətinə zidd ola bilər. Ancaq Allah`dan qorxan insan ucun bunun hec bir əhəmiyyəti yoxdur. Cunki mominlərin işlərində olcu Allah rizasıdır. Allah`ın razı olmadığı şahidliyi etmək və ya qərar vermək, bəlkə, zahirən həmin anda insana xeyir gətirdiyini duşunmək olar. Ancaq Allah razı olmadıqdan sonra əldə edəcəyi dünyəvi mənfəət möminlərə rahatlıq və xoşbəxtlik gətirməz.
Ey iman gətirənlər! Sizin ozunuzun, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən mohkəm yapışan Allah şahidi olun! İstər dovlətli, istər kasıb olsun, hər halda, Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan uz cevirməyin! Əgər dilinizi əyib buzsəniz və ya boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa surəsi, 135)
İnsanların ədalətli qərar verməsinə mane olan digər təhlukə insanlara qarşı olan qəzəbdir. Əgər bir insan başqa birinə qəzəblənibsə və ya ona qarşı kini varsa, ona mənfəət vermək, onun xeyrinə hərəkət etmək istəməz. Ancaq mominlər belə vəziyyətdə də Allah`ın rizasını düşünər və qarşılarındakı insanın kimliyindən asılı olmayaraq, ədalətli davranarlar. Cunki Allah iman gətirənlərə “…Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sovq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır…” (Maidə surəsi, 8) şəklində əmr etmişdir.

Hiç yorum yok:

Yorum Gönder