MOMININ EMELLERI NECE OLMALIDI-1


Quranda istehza etmək haqqında  nələr bildirilir?
İstehza etmək Allah`ın əsla bəyənmədiyi çirkin davranışdır. Dinsiz cəmiyyətdə insanlar bir cox şeylərə istehza edirlər. İnsanların çatışmayan cəhətləri və ya nöqsanlarına istehza etmək, onlara pis ləqəblər qoymaq buna misaldır. Allah bu çirkin əxlaqi xususiyyətə qarşı insanları belə xəbərdar edir:
(Dalda) qeybət edib (uzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, 1)
Allah`ın Quranda diqqət cəkdiyi digər istehza forması isə inkarçıların inananları ələ salmasıdır. Qəflətdə olan, iman gətirənlərin doğru yolda olduğunu qavramayan bu insanlar özlərini inananlardan ustun gorərək onlara istehza edirlər:
Həqiqətən, gunahkarlar iman gətirmiş kimsələrə gulurdulər. (Mominlərin) Yanlarından keçərkən bir-birinə qaş-goz edirdilər. (Mutaffifin surəsi, 29-30)
Allah bu insanların nə qədər yanıldığını və onların sonunun nə qədər pis olduğunu belə bildirmişdir:
Bu gun isə mominlər kafirlərə guləcəklər. Onlar taxtlar ustundə (əyləşib) baxacaqlar. Kafirlər oz əməllərinin cəzasını aldılarmı?! (Mutaffifin surəsi, 34-36)
Bundan əlavə, Allah Quranda dinə, Allah`ın ayələrinə istehza edənlərdən bəhs edir. Bu insanların Allah`dan gələn hər xəbərdarlığı, onları qorxutmaq üçün göndərilən elciləri təkzib etdiklərini bildirir. Şubhəsiz, bu insanlar Allah`ın böyüklüyünü, gücünü haqqı ilə təqdir etməyən, axirətdə sorğu-sual olunacaqlarını nəzərə almayan şəxslərdir. Ancaq bu insanlar axirətdə cox təəccublənəcək və dunyada etdikləri çirkin istehzanın əvəzində əbədi əzabla qarşılaşacaqlar. Quranda bu həqiqət açıq şəkildə bildirilmişdir:
Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz onlar üçün bir daş-tərəzi qurmayacağıq! Kufr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına gorə budur onların cəzası – cəhənnəm! (Kəhf surəsi, 105-106)
Bir kəs: “Allah`a itaət barəsində etdiyim təqsirlərə gorə vay halıma! Həqiqətən, mən istehza edirdim!” – deməsin. (Zumər surəsi, 56)

İnsanlara çirkin ləqəblər qoymaq  Quranda necə dəyərləndirilir?
Quran əxlaqına uyğun yaşamayanlar özlərini ustun gostərmək ucun insanlara curbəcur pis ləqəblər qoyaraq istehza edirlər, beləliklə, qarşılarındakı insanları alçaltmağa çalışırlar. Möminlər isə əsla bu cur davranmazlar. Allah Quranda mominləri çox açıq şəkildə bu cirkin davranışdan  çəkindirmiş, bu əmri yerinə yetirməyənlərin zalımlardan olacağını bildirmişdir:
Ey iman gətirənlər! Bir qovm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tovbə etməyənlər zalımlardır! (Hucurat surəsi, 11)
Quran əxlaqına tabe olan insanlar Allah`ın bəyənmədiyi bu davranışdan çəkinərlər. Bir-birlərini ən gozəl adlarla çağırmağa çalışar və bir-birlərinə Allah`ın səmimi qulu kimi hormət edərlər.

Qeybətin Qurandakı yeri nədir?
Allah Quranda mominlərə bir-birlərinin arxasınca danışmalarını qadağan etmiş, bunun çirkin davranış olduğunu bildirmişdir:
Ey iman gətirənlər! Cox zənnə-gumana qapılmaqdan çəkinin. Şubhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allah`dan qorxun. Həqiqətən, Allah tovbələri qəbul edəndir, rəhmlidir! (Hucurat surəsi, 12)
Allah`ın bu ayədəki əmrinə uyğun olaraq, Allah`ın dininə uyğun yaşayan, bir-birinə qardaş olan insanlar bu cur hərəkət etməkdən cəkinərlər. Əksinə, mominlər bir-birlərini həmişə xeyirlə yad edər, hər zaman mominlərin gozəl cəhətlərini uzə çıxarmağa çalışarlar, Allah`a təslim olmuş insanlarda qusur, noqsan axtarmazlar.
Ona gorə də dindən uzaq yaşayan insanlara boyuk sıxıntı verən qeybət Allah`ın hədlərini qoruyan mominlərə xas olmayan mənfi əxlaqi xususiyyətdir. Əgər bir momin digərində səhv davranış görərsə, bunu o möminin arxasınca başqaları ilə danışmaz. Möminlər birbaşa bir-birlərinə bu səhv davranışlarını düzəltmələri üçün nəsihət edərlər.

Hər hansı məsələdə umidsizliyə qapılmaq 
nə ucun doğru davranış deyil?
Hər varlığı, hər hadisəni Allah`ın yaratdığını bilən, Onu tanıyıb gücünü təqdir edən insan hər hansı məsələdə umidsizliyə qapılmaz. Cunki Allah hər cətinliyi aradan qaldıran, əfv edən, mərhəmət edən, sonsuz qudrət və bilik sahibidir. Gundəlik həyatda ortaya çıxan hər cur cətinlik, ani surətdə çıxan problemlər, xəstəliklər, edilən səhvlər, qısaca desək, insanların ümidsizliyə duşmə səbəbi kimi gordukləri hər şey, əslində, tamamilə Allah`ın nəzarəti altında baş verir. Allah hər şeydən xəbərdar olan, hər şeyi biləndir. Sonsuz ağıl tərəfindən qədərinin təyin edildiyini bilmək bir insan ucun ən böyük rahatlıqdır. Bunu dərk edən insan əsla umidsizliyə duşməz.
Bundan əlavə, momin dunyada etdiyi hər səhvi duzəltməyin mumkun olduğunu bilir, ona görə də umidsizliyə qapılmaz. Belə ki, Quranda insanlara Allah`ın rəhmətindən umid kəsməmək əmr edilmişdir:
… Allah`ın mərhəmətindən umidinizi kəsməyin. Allah`ın mərhəmətindən yalnız kafirlər umidini uzər! (Yusif surəsi, 87)
De: “Ey Mənim ozlərinə zulm etməkdə həddi aşmış bəndələrim! Allah`ın rəhmindən umidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! (Zumər surəsi, 53)

Emosionallıq Quranda necə dəyərləndirilir?
Emosionallığın Quranda yeri yoxdur. Cunki Quranda ağıllı mömin olmaq vurğulanır. Allah Ondan qorxub cəkinənləri bir nemət olaraq ağıllı edər. Ağıllı olan mominlər isə hadisələri həmişə Allah`ın Quranda göstərdiyi mutləq doğrular çərcivəsində dəyərləndirirlər. Ağıl və vicdanlarına uyğun hərəkət edərək qərar verir və bu yolla hər məsələni asanlıqla həll edirlər. Halbuki, emosionallıq ağılı örtən ən muhum amillərdən biridir. Hadisələrə ağılla deyil, hissləri ilə yanaşan insan doğru ilə yanlışı ayırd edə bilməz. Tərəfsiz qərar verə bilməz, ona gorə də ədalətli davranmaz. İnsanların nə duşunduklərinə əhəmiyyət verdiyi ucun tez və ağıllı qərarlar verməz. Emosional xarakterə malik olan insan hadisələri Quranın ölçülərinə əsasən deyil, oz muhakimə dəyərlərinə uyğun qiymətləndirər.

Quranda ixlas və səmimilik anlayışı
“İxlas”  sözünün hərfi mənası saf deməkdir. Qurandakı ixlas anlayışı insanın təmiz niyyətlə, konuldən Allah`a iman gətirməsi, Ona qəlbən bağlanması deməkdir. İxlaslı mömin həyatı boyu hər şeyi Allah`ın razılığını qazanmaq üçün edər və əvəzini də yalnız Allah`dan gozləyər. Gorduyu işlərdə insanların düşüncələrinə gorə hərəkət etmək, insanların gözünə girməyə çalışmaq kimi qeyri-səmimi niyyəti yoxdur. Ona gorə, hər davranışı səmimidir və Allah`ın rizasına uyğundur.
Səmimi insan, əvvəla, Allah`a, daha sonra insanlara qarşı dürüst olar. Çünki Allah`ın hər şeyi gorub eşitdiyini, Onun qarşısında bir gün bütün etdiklərinə görə cavab verəcəyini və bütün fikirlərinə, sözlərinə, davranışlarına görə məsuliyyət daşıyacağını bilir. Buna görə də möminin dürüstlüyü və səmimiliyi onun dərin imanının ən mühüm göstəricilərindəndir.
Allah Quranda peyğəmbərlərin daima Allah`ın rizasını qazanmaq istəyən ixlaslı davranışlarını iman gətirənlərə numunə gostərmişdir:
Quvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz onları axirət yurdunu sadiq urəklə andıqlarına görə secdik. Şubhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər! (Sad surəsi, 45-47)
Habelə, Quranda Allah`a səmimi şəkildə uz tutan insanlar təriflənmiş və onların sonunun xeyirlə nəticələnəcəyi müjdələnmişdir:
… Allah`a uz tutanlara mujdə vardır. Qullarımı müjdələ! Onlar Allah`ın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər surəsi, 17-18)

Hiç yorum yok:

Yorum Gönder