Allah`a hicrət etmək


Allah`a hicrət etmək

Hicrət etmək insanın bir yerdən başqa yerə getməsi, daha doğrusu, köç etməsidir. Allah`a hicrət etmək isə insanın Allah`ı tanıdıqdan, Quranı oxuyub anladıqdan sonra keçmişdəki hər cür yanlış davranışını, düşüncəsini, vərdişlərini, qısaca desək, hər şeyini tərk edib sadəcə Allah`a üz tutması və ancaq Onun istədiyi kimi yaşamasıdır.
Hz. İbrahim doğrunu gördüyü anda ətrafındakı insanların həyat tərzindən tamamilə uzaqlaşaraq dərhal Allah`a hicrət etmiş musəlmandır. Hz. Lut da hz. İbrahim kimi üstün əxlaq gostərərək Rəbbimizə üz tutan peyğəmbərdir. Quranda hz. Lutun bu davranışı belə xəbər verilir:
Lut ona iman gətirdi. Dedi: “Mən Rəbbimin yanına hicrət edirəm. Həqiqətən, O, qudrətlidir, mudrikdir”. (Ənkəbut surəsi, 26)

Quranda “ataların dini” dedikdə
nə nəzərdə tutulur?
Quranda İslam dininin hökmləri və mominin həyat tərzi hərtərəfli tərif edilmişdir. “Ataların dini” ifadəsi Qurandakı hökmlərdən kənar bəzi qaydalara gorə hərəkət edib kecmişdən qalan vərdişlərə, adət-ənənələrə və ya qeyri-dəqiq  biliklərə əsaslanan uydurma din nəzərdə tutulur. İslam adından irəli surulən, lakin Quranda yeri olmayan batil inanc və adətlərin qaynağı elə bu “ataların dini”dir.
Cahil cəmiyyətdə “ataların batil dini”nə uyğun yaşayan insanlara tez-tez rast gəlinir. Bu insanlar muxtəlif ibadətləri və hərəkətləri nə ucun etdiklərini duşunmədən, atalarından, babalarından öyrəndikləri kimi tətbiq edir və dinə uyğun şeylər etdiklərini duşunurlər. Allah`ın razılığını qazanmağı deyil, keçmişdən onlara miras qalmış batil sistemi tətbiq etməyə çalışırlar. Bu barədə Quranda hz. İbrahimin qövmündən numunə verilmişdir:
Onlara İbrahimin hekayətini soylə! O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?” Onlar: “Butlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” – deyə cavab vermişdilər.  Demişdi: “Onları çağırdığınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?” Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gorduk!” – deyə cavab vermişdilər. Demişdi: “İndi nəyə ibadət etdiyinizi gorursunuzmu?- Sizin və ulu babalarınızın? Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim duşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, icirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni oldurəcək, sonra dirildəcək Odur. Və qiyamət gunu xətamı bağışlayacağına ümid etdiyim də Odur! (Şuəra surəsi, 69-82)
Ayələrdən gorunduyu kimi, hz. İbrahim qövmünün batil dinindən uzaqlaşmış, ancaq Allah`a uz tutmuş və qovmunə də Allah`ın tək İlah olduğunu, yeganə dinin Allah`ın dini olduğunu təbliğ etmişdir.
Elcilərin əksəriyyəti gondərildikləri qovmlər tərəfindən atalarının dininə qarşı çıxmaqla, bu dini aradan qaldırmaqla ittiham edilmiş və yaşadıqları dövrdə hakim olan batil dinin mənsublarının hədə-qorxusuna və təzyiqinə məruz qalmışlar. Bununla əlaqədar, ayələrdən bəziləri belədir:
Onlar: “Bizi atalarımızın tapındığı dindən dondərmək, ozunuz də yer uzundə boyukluk etmək ucunmu gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər. (Yunis surəsi, 78)
Onlara: “Allah`ın nazil etdiyinə tabe olun!” - deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Loğman surəsi, 21)
Xeyr. Onlar: “Biz atalarımızı bir din üzərində gorduk və biz də onların ardınca getdik!” – deyirlər. (Zuxruf surəsi, 22)

İslamda qadın ilə kişi bərabərdirmi?
Allah Quranda iman gətirən və saleh əməllər işləyən mominlərdən bəhs edir. Allah dərgahında dəyər və üstünlük ölçüsü insanın qadın və ya kişi olması deyil, iman gətirməsi və saleh əməllər işləməsidir. İslamın hökmlərinin və Allah`ın əmrlərinin yerinə yetirilməsinə gorə hər kəs məsuldur. Quranda həm qadınların, həm də kişilərin etdiyi yaxşılıqların əvəzini bərabər şəkildə alacağı xəbər verilir:
Momin olmaqla bərabər, yaxşı işlər gorən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma cərdəyi qədər haqsızlıq edilməz! (Nisa surəsi, 124)
Bundan əlavə, Allah başqa ayələrdə də insanın cinsiyyətinin deyil, təqvasının, yəni Allah`dan qorxaraq nəfsini Allah`ın razı olmadığı hər cür gunah və usyandan, əxlaqsızlıq və azğınlıqdan qorumasının, axirətdə onu ziyana uğradacaq hər cür pislikdən çəkinməsinin əhəmiyyətli olduğunu bildirmişdir:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allah`dan ən cox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)

Qulağı və gozu mohurlənmiş şəxs necə olur?
Allah`ın Quranda əmr etdiyi hokmlər çox açıqdır və bunlardan xəbərdar olan hər kəs bu hokmləri tam yerinə yetirməlidir. Ayələrdən xəbərdar olan, amma Allah`ın əmrlərini yerinə yetirməyən insan vicdanının səsini dinləmədiyi ucun qəlbi qatılaşır, ağlı və şuuru kutləşir, bir muddət sonra həqiqətləri gorə bilmir. Ayələrdə tərif edilənləri anlamır, doğruları görmür. Etdiklərinin əvəzində sonunun necə olacağını belə dərk etmir.
Allah ayələrində dunya həyatını axirətdən üstün tutanların, ayələri təkzib etmək ucun mubarizə aparanların, Allah`a qarşı yalan uyduranların, sadəcə nəfsinin əmrlərini yerinə yetirənlərin, iman gətirdikdən sonra inkar edənlərin, mubarizədə geri qalmağı seçənlərin və zəngin olduğu halda Allah yolunda infaq etmək istəməyən insanların qəlblərinin, qulaqlarının və gozlərinin mohurlənəcəyindən və uzərilərinə ağırlıq çökəcəyindən bəhs edir. Bundan əlavə, ayələrdə bu insanların cəhənnəm əhli olduğu xəbər verilir:
Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gozləyir! (Bəqərə surəsi, 7)
Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gozlərini mohurləmişdir. Onlar qafildirlər! Şubhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır! (Nəhl surəsi, 108-109)

Quranda fitnə-fəsad torətmək 
Quranda fəsad torədənlərə aid bir cox numunə verilmişdir. Ancaq fəsad torədənlərin əsas xususiyyəti Allah`a, Allah`ın elcilərinə və kitablarına qarşı çıxmaları, dinə və müsəlmanlara mane olmaları, Allah`ın hədlərini aşmalarıdır. Onların bu əsas xüsusiyyəti bir ayədə belə bildirilir:
Torətdikləri fitnə-fəsada gorə, Allah yolundan dondərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq! (Nəhl surəsi, 88)
Ayələrdə insanları Allah`ın yolundan dondərməyə çalışanların yer üzündə əkini, nizam-intizamı pozduğu, qarışıqlıq törətdiyi, Allah`ın əmr və qadağalarını aradan qaldırmağa çalışdığı, çəkini və tərəzini əskildərək saxtakarlıq etdiyindən bəhs olunur. Bunun əvəzində, Allah həm dunyada, həm də axirətdə bu insanların cəzasını verəcək və onları, yuxarıdakı ayədə də bildirildiyi kimi, muxtəlif yollarla əzablandırır, sonsuz ədaləti ilə fitnə-fəsad torətməyə cəhd edən hər kəsə layiq olduğu qarşılığı tamamilə verir.

Hiç yorum yok:

Yorum Gönder