MUNAFIQ


Munafiq kimdir?

Quranda munafiqlər iman gətirmədikləri halda, iman gətirmiş kimi gorunən, ona gorə də aralarında yaşadıqları möminlərdən mənfəət əldə edəcəyini düşünən ikiüzlü insanlar kimi tərif edilirlər. Allah münafiqlərin fitnə-fəsad törədən olduğunu və möminlər arasında fitnə çıxarmağa çalışdığını, yəni möminlər arasındakı birliyi pozmaq üçün gizli fəaliyyət göstərdiyini bildirmişdir. Bu xüsusiyyətlərinə görə də onlar “nifaq (ayrılıq, fitnə-fəsad) salan” mənasını verən “münafiq” adlandırılırlar.
Munafiqlərin digər muhum xususiyyəti mominlərin bəzi cətinliklərlə uzləşdiyi dovrlərdə həqiqi uzlərini gostərmələri, başqa vaxtlarda isə ozlərini buruzə verməmələridir. Mominləri aldatdıqlarını düşünən bu insanlar, əslində, ozləri yanılırlar. Allah aşağıdakı ayələrdə münafiqlərin yanıldığını belə bildirmişdir:
İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allah`a və qiyamət gununə iman gətirdik”, - deyirlər. Onlar elə guman edirlər ki, Allah`ı və mominləri aldadırlar. Bilmirlər ki, əslində, ancaq ozlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri ucun onlar şiddətli bir əzaba ducar olacaqlar! (Bəqərə surəsi, 8-10)
Din və axirət haqqında hər şeyi oyrəndikləri, elçini görüb tanıdıqları və mominlərlə birlikdə yaşadıqları halda, alçaqlıq edərək təkəbburdən və dunyəvi mənfəət ucun imandan uz cevirmələri, fitnə çıxarmaları, elçiyə və mominlərə duşməncilik etmələri, inkarçıların yanına gedib onları möminlərə qarşı təşviq etmələrinə gorə, Allah onlara ən boyuk əzabı vəd etmişdir:
Əlbəttə, munafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan! (Nisa surəsi, 145)

Munafiqlərin əlamətləri
Allah Quranda munafiqlərin bir cox xususiyyətini tərif edərək mominləri bu inkarcı qrupa qarşı xəbərdar etmişdir. Ona gorə, gizli fəaliyyət gostərən bu azğın qrupun bütün əlamətləri Quranı yaxşı bilən üçün aydındır. Qəlbində xəstəlik olan munafiqlər Allah`ın ayələrindən xəbərdar olan diqqətli mominin gozundən qaçmaz. Bu insanların içindəki inkarın əlamətləri nə qədər gizlətməyə çalışsalar da, hərəkət, sohbət və muxtəlif hadisələrə reaksiyalarında üzə çıxır. Möminlər bu əlamətləri olan insanların dəqiq munafiq olduğunu deyə bilməzlər, ancaq bu cür insanlara qarşı çox ehtiyatla davranarlar. Münafiqlərin tanınmasına kömək edən cox aşkar bəzi əlamətlər aşağıdakı ayədə bildirilmişdir:
Munafiqlər Allah`ı aldatmağa çalışırlar. Halbuki, əslində, (Allah) onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, ozlərini xalqa gostərər və Allah`ı olduqca az yad edərlər. (Nisa surəsi, 142)
Ayədən gorunduyu kimi, munafiqlərin gorduyu işlərdə insanların razılığını güdməsi, göstəriş üçün hərəkət etməsi mominlərin hiss edəcəyi əlamətlərdir. Bu insanların gec-tez iç üzünün ortaya cıxacağı və Allah istəsə, üzlərindən və danışıq tərzlərindən də özlərini bəlli edəcəyi ayədə xəbər verilmişdir:
Yoxsa qəlblərində mərəz olanlar elə guman etdilər ki, Allah onların kin-küdurətlərini zahirə çıxartmayacaqdır?! Əgər Biz istəsəydik, onları mütləq sənə gostərər, sən də onları mütləq uzlərindən tanıyardın. Sən onsuzda onların danışıq tərzlərindən mutləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir! (Muhəmməd surəsi, 29-30)

Qurana əsasən, cahil insan kimdir?
Quranda işlədilən “cahil” sozu xalq arasında işlədilən “cahil” sözündən fərqli məna daşıyır. Quranda ifadə edilən cahillik insanın yaradılış məqsədindən, Yaradanımız olan Allah`ın ustun xususiyyətlərindən, Allah`ın nazil etdiyi kitabdakı məlumat və hikmətdən, sonsuz həyatı ilə əlaqədar mövzulardan xəbərsiz olması və bu cahillikdən doğan həyat tərzini mənimsəməsidir.
Allah`ı bir İlah kimi tanımayan, Onun elçiləri vasitəsilə gostərdiyi doğru yolla getməyən insanların cahillik etdiyinə Quranda belə diqqət cəkilmişdir:
Onlar: “Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir gorək!” – deyə cavab vermişdilər. (Hud) demişdi: “Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə gondərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!” (Əhqaf surəsi, 22-23)

Quranda insanın yaradılışı 
necə izah edilir?
Allah Quranda insanın yaradılış mərhələləri ilə bağlı çox məlumat verir. Bu məlumatların çoxu o dövrdə yaşayan insanların heç bilmədiyi, ancaq dovrumuzdə elm sayəsində kəşf edilmiş faktlardır. Bu da Quranın saysız-hesabsız elmi möcüzələrindən biridir. Quranda insanın yaradılışı ilə bağlı verilən məlumatların xülasəsi belədir:
Nutfə adlandırılan və spermləri daşıyan qidalandırıcı maye təkcə spermlərdən ibarət deyil. Əksinə, nutfə muxtəlif mayelərin qarışığından təşkil olunmuşdur. Quranda da nutfədən bəhs edilərkən qarışıq maye olduğuna diqqət cəkilir. Bu, ancaq dovrumuzdə elmin koməyi ilə kəşf edilmiş həqiqətdir.
Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, gorən yaratdıq. (İnsan surəsi, 2)
Qarışıq maye olan nütfənin icindəki milyonlarla spermdən ancaq bir dənəsi yumurtanı mayalandırır. Yəni insanın özü nütfənin hamısı deyil, onun kiçik bir hissəsidir. Quranda da insanın nütfənin hamısından deyil, sadəcə bir hissəsindən yaradıldığı bildirilir:
Məgər o tokulən bir qətrə nutfə deyildimi?! (Qiyamət surəsi, 37)
Spermlə yumurtanın birləşməsindən ibarət olan və ziqot adlandırılan tək huceyrə dayanmadan bolunərək çoxalır və getdikcə ət parçasına cevrilir. Ancaq ziqot bu boyumə əsnasında bir boşluqda dayanmır, torpağa yerləşən koklər kimi ana bətninin divarına çıxıntıları vasitəsilə yapışır. Bu da çox yaxın keçmişdə kəşf edilmiş həqiqət olmasına baxmayaraq, Quranda əsrlər əvvəl bildirilmişdir:
Yaradan Rəbbinin adı ilə  oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ələq surəsi, 1-2)
Ana bətni inkişaf edən ziqotu əhatə edən və amnion adlı maye ilə doludur. Bu maye kənardan gələn zərbələrə qarşı körpəni qoruyur. Quranda körpənin qorunan yerdə inkişaf etdiyi də xəbər verilmişdir:
Məgər Biz sizi dəyərsiz bir sudan  xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi?! (Mursəlat surəsi, 20-21)
Allah insanın yaradılış mərhələlərindən bir qismini “Muminun” surəsində bildirmişdir. Uşağın inkişaf mərhələlərinin eynilə ayələrdə tərif edildiyi kimi baş verməsi bu gun bioloji cəhətdən də subut edilmişdir:
Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. Sonra onu nutfə halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nutfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parca əti sumuklərə dondərdik, sonra sumukləri ətlə ortduk və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gozəli olan Allah nə qədər uludur! (Muminun surəsi, 12-14)

Hiç yorum yok:

Yorum Gönder