Sayfalar
- Ana Sayfa
- Quranda temizlik
- MOMININ EMELLERI NECE OLMALIDI-1
- MOMININ EMELLERI NECE OLMALIDIR-2
- Allah necə zikr edilir?
- MOMINLERIN EMELLERI
- Qurandakı qissələrin əhəmiyyəti
- İnfaq nə deməkdir?
- Dində məcburiyyət varmı?
- CENNET VE CEHENNEM
- Allah`a hicrət etmək
- MUNAFIQ
- Allah`ın dininə dəvət
- İnsan səhv etdikdə və ya unutduqda nə etməlidir?
- Mominlərin dunyadakı əsl dostları kimdir?
- Vəsvəsə nədir?
- Təvəkkulsuzluyun insana mənəvi zərərləri
Təvəkkulsuzluyun insana mənəvi zərərləri
Təvəkkulsuzluyun insana mənəvi zərərləri
Təvəkkul insanın hər işində Allah`a guvənməsi, yeganə qoruyucusunun Allah olduğunu bilərək Ona təslim olmasıdır. Hadisələrin həmişə Allah`ın nəzarəti altında baş verdiyini bilən mominlər Onun iman gətirənləri hər zaman dəstəklədiyini, onlara komək etdiyini bilirlər. Əlbəttə, bu əhvala malik insanın qəlbi daima rahatdır. Təvəkkullu olmayan, ozunu Allah`a təslim etməmiş insanlar isə həyatı boyu böyük qorxu, narahatlıq, sıxıntı, narazılıq, əsəb, peşmanlıq, həsəd kimi hisslərin əsiri olurlar. Allah inkarlarına görə, bu insanların qəlbinə böyük sıxıntı yerləşdirir. Təvəkkülün rahatlığını onlara yaşatmır. Allah`a guvənməyənlərin qəlbindəki bu sıxıntı Quranda belə tərif edilir:
Allah kimi duz yola yonəltmək istəsə, onun koksunu İslam ucun acıb genişləndirər, kimi azdırmaq istəsə, onun urəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər! (Ənam surəsi, 125)
Batildən haqqa donərək yalnız Allah`a təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allah`a şərik qoşan kimsə goydən duşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər. (Həcc surəsi, 31)
Fiziki dua necə edilir?
Fiziki dua insanın sözlə dua edərək istədiyi şeyin həyata kecməsi ucun əlindən gəldiyi qədər çalışaraq lazım olan hər şeyi yerinə yetirməsidir. Məsələn, insan su istəyir, lakin suyun qarşısına gəlməsini gozləməz, gedib suyu stəkana tokər və icər. Yəni Allah`dan istədiyi şeyin baş verməsi ucun Allah`ın ona oyrətdiyi səbəbləri və qanunları bacardığı qədər yerinə yetirib nəticəsini Allah`dan gozləyər. İnsan bir imtahandan keçməyi cox arzulayar, Allah`a dua edər, əlbəttə, bunun üçün lazım gəldiyi qədər çalışar, öyrənər, oxumağa mane olan, diqqəti dağıdan mühitdən uzaq olar və bu cəhdinin nəticəsində də Allah ona uğur nəsib edər.
İnsanların bir qismi dua haqqında səhv duşunurlər. Onların fikrincə, Allah`a dua etdikdən sonra bir kənara cəkilmək və duanın nəticəsini gozləmək lazımdır. Halbuki, bu, səmimi davranış deyil. Çünki bir şeyi həqiqətən istəyən insan həm sozlə, həm də fiziki dua etməlidir. Lakin fiziki cəhətdən hər şeyi edib Allah`a dua etməyi unutmaq da yanlışdır. Hər iki dua birlikdə edilməlidir.
Cəmiyyətdəki degenerasiya ilə
dinsizlik arasındakı əlaqə
Allah`ın insanlara gondərdiyi dinə təslim olmağı qəbul etməyən insanlar Quranda təbliğ edilən gozəl əxlaqa uyğun yaşamazlar və Quranda insanlara bildirilmiş hədləri qorumazlar. Allah`dan qorxub cəkinmədikləri və axirətə inanmadıqları üçün etdiklərinin hesabını verməkdən də qorxmurlar. Ona gorə, dinsiz cəmiyyət hər cur əxlaqsızlığı və pisliyi qorxmadan və nəticəsini duşunmədən edən insanlardan ibarət olur. Belə cəmiyyətin surətlə degenerasiyaya uğraması labüddür.
Cunki bu insanlar qadağan olunduğu halda, rahatlıqla oğurluq edir, insanlara zərər verir, qəzəblənir, adam öldürür, başqalarının haqqına təcavüz edir, yalan danışır, özlərindən başqa kimsəyə dəyər vermir, hər şeyi mənfəət gudərək edir, gucsuzləri əzirlər. Dindar olmadığını, ancaq əsəbi də olmadığını deyən insan bir gun dozə bilmədiyi hadisə ilə qarşılaşır və bunun əvəzində hər cur pisliyi etməkdə özünü haqlı görür. Elə əsəbiləşir ki, yeri gəldikdə, adam da oldurur.
Dinsizlik hər hansı sərhəd tanımadığı üçün cəmiyyətdəki butun insani hissləri oldurur və qorxunc degenerasiyaya səbəb olur. Dinsiz cəmiyyətdə dinin insanlara gətirdiyi ədalət, mulayimlik, tərbiyə, mərhəmət və sevgi qətiyyən yoxdur. Ona gorə, dinsizlik cəmiyyətdəki degenerasiyanın əsas mənbəyidir.
Cinlər necə varlıqlardır?
Cinlərin də iman gətirəni və gətirməyəni varmı?
Axirətdə onların da yaşayacağı cənnət və
cəhənnəm olacaqmı?
Cinlər eynilə insanlar kimi Allah`a ibadət etmək ucun oddan yaradılmış, başqa aləmdə yaşayan varlıqlardır (Zəriyət surəsi, 56), (Hicr surəsi, 27). Allah cinlərə də elcilərini gondərir (Ənam surəsi, 130). Onlardan da iman gətirənlər və gətirməyənlər var. Allah cinlərin bu halını bir ayədə belə xəbər verir:
Şubhəsiz ki, aramızda mьsəlmanlar da var, (haqq yoldan) зıxanlar da. Mьsəlman olanlar haqq yolu axtarıb tapanlardır. (Cinn surəsi, 14)
Eyni zamanda, aralarında insanlarda olduğu kimi peyğəmbərlərə duşməncilik edənlər də var:
Beləcə, Biz hər peyğəmbər ucun insan və cin şeytanlarından düşmənlər yaratdıq... (Ənam surəsi, 112)
Cinlər də insanlar kimi axirətdə əməllərinin əvəzini alacaqlar. Allah`a iman gətirib peyğəmbərlərin xəbərdarlığını dinləyənlərə əsla haqsızlıq edilməyəcək, savab qazanacaqlar. İnkar edən cinlər isə inkar edənlərlə birlikdə cəhənnəmə atılacaqlar. Allah bu qəti həqiqəti Quranda bildirmişdir:
Biz cəhənnəm ucun bir cox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gozləri var, onunla gorməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)
Cinlər gələcəkdən xəbər verə bilərmi?
Allah Quranda qeybi Ondan başqa kimsənin bilmədiyini və qeybi oyrənməyə hec kimin gucu catmadığını bir çox ayədə bildirmişdir. Bu ayələrdən biri belədir:
De: “Allah`dan başqa goylərdə və yerdə olan hec kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər! (Nəml surəsi, 65)
Cinlər də Allah`ın istəməsə, əsla gələcəklə bağlı məlumat əldə edə bilməzlər. Quranda cinlərin qeybdən xəbər almağa çalışdığını, amma bunu bacarmadığını, özlərinin də bunu etiraf etdiyini bildirən ayələr var. “Cinn” surəsindəki bu ayələr insanların cinlər haqqında səhv fikirlərini aradan qaldırır. Bundan əlavə, Quranda hz. Suleymana xidmət edən cinlərdən də bəhs olunur. Bu cinlərin hz. Süleymanın ölümündən cox sonra xəbər tutduqları bildirilir. Ona görə, cinlərdən faydalanmaq umidi ilə onlara sığınan insanlar yanılırlar. Çünki Allah istəmədikcə cinlərin gələcəyə dair məlumat alması mümkün deyil. Quranda hz. Süleyman qissəsində də cinlərin qeyb xəbərlərini bilmədiyinə diqqət cəkilmişdir:
Sonra (Suleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. O, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab icində qalmazdılar. (Səba surəsi, 14)
“Cinn” surəsində cinlərin qeyb xəbərlərini bilmədikləri haqqında digər ayələr belədir:
Biz goyə qalxmaq istədik, amma onun guclu gozətcilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük. Biz qulaq asmaq ucun (goyun) bəzi yerlərində otururduq. Lakin indi kim qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini gorər. Biz bilmirik ki, yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir. (Cinn surəsi, 8-10)
Kaydol:
Kayıtlar (Atom)
Hiç yorum yok:
Yorum Gönder