Vəsvəsə nədir?
Şeytan insana hər tərəfdən yaxınlaşaraq onu Allah`ın yolundan uzaqlaşdırmağa çalışır. Bunun üçün müxtəlif yollara əl atır. Vəsvəsə də şeytanın bu metodlarından biridir. Vəsvəsə şeytanın insanı boş işlərlə məşğul etmək, mühüm məsələləri düşünməkdən uzaqlaşdırmaq üçün pıçıldadığı sözlər, yanıltmalar, qəlbinə saldığı boş şübhələr və narahatlıq verən fikirlərdir. Şeytanın bu xüsusiyyəti Quranda belə bildirilir:
De: “Sığınıram insanların Rəbbinə, İnsanların ixtiyar sahibinə; insanların məbuduna! Vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən- O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır... (Nas surəsi, 1-5)
Şeytan insanın ağlına gətirdiyi Qurandan kənar duşuncələrlə onun normal duşunməsinə mane olur, onu, başda dini movzular olmaqla, dunya və axirət həyatına zərər verən şübhələrə salmaq istəyir. Bir çox cəfəng, əsassız fikri insanın öz fikirləri kimi təlqin edib onun özünə olan etibarını itirməsinə çalışır. Qurana uyğun davranmayan şəxs şeytanın bu hiyləsini anlamır və onun vəsvəsələrini dinləyərək daima şübhələr içində çapalayır. Şeytanın bu pıçıltıları insanın dini səhv tanımasına, Allah`ın gucunu təqdir etməməsinə, daima şubhə icində olmasına səbəb olur. Nəticədə, Allah`ın boyukluyunu, yaradılış məqsədini düşünmək əvəzinə, nə özünə, nə də ətrafındakı insanlara fayda verən məsələlərə başını qataraq yaşayır. Beləliklə, şeytan Qurandan xəbərsiz, din əxlaqından uzaq olan bu insan üzərində məqsədinə nail olur, onu əbədi cəhənnəm əzabına düçar edir. İnkar edənlərin və günahkarların hər zaman şeytanın təlqinlərinə aldandığı, şeytanın vəsvəsələrini dinləyərək hərəkət etdiyi Quranda xəbər verilir:
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalancıya, günahkara nazil olarlar. Eşitdikləri sozləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır! (Şüəra surəsi, 221-223)
İnsan vəsvəsədən necə xilas ola bilər?
Allah`ın Quranda bildirdiyi kimi, şeytanın hiyləsi zəifdir (Nisa surəsi, 76). İman gətirənlər və Rəbbimizə təvəkkul edənlər uzərində onun hec bir təsiri yoxdur. Allah mominlərə vəsvəsə gəldikdə nə etməli olduqlarını və bu vəsvəsədən xilas olma yollarını Quranda bildirmişdir. Qurana tabe olan mominlər onlara vəsvəsə gəldikdə dərhal şeytandan Allah`a sığınarlar. Qısa müddətdə ağıllarından keçən duşuncənin şeytana aid olduğunu anlayarlar. Heç bir şübhəyə və ya sıxıntıya qapılmadan, Allah`ı zikr edər və şeytanın bu hiyləsindən xilas olarlar.
Allah Quranda vəsvəsə gəldikdə mominlərin bunu dərhal duşunub tanıyacaqlarını belə bildirmişdir:
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar Allah`ı xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201)
Quran oxunduqda nə etmək lazımdır?
Allah Quran oxunarkən insanların susub dinləmələrini əmr etmişdir:
Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun! (Əraf surəsi, 204)
Cəmiyyətdə bir cox insan Allah`ın bu əmrindən xəbərsizdir. Televizorda, radioda Quran oxunarkən insanlar işlərinə davam edir, bir tərəfdən də sohbət edirlər. Halbuki, bu zaman susub dinləməlidirlər. Əgər şəraitə gorə səssizlik təmin olunmursa, onda televizoru və ya radionu sondurə bilərlər. Cunki, əks təqdirdə, Allah`ın fərz qıldığı hökmü pozarlar.
Quranı oxumaq kifayətdirmi?
Ozunu musəlman adlandıran bir çox insan Allah`ın ondan nə istədiyini, necə həqiqi musəlman olacağını bilmir. Çünki həyatında bir dəfə də Allah`ın onun ucun nazil etdiyi muqəddəs kitabı oxumamışdır. Halbuki, Allah Quranı insanları nə üçün yaratdığını və onlardan nə istədiyini bilmək ucun endirmişdir. Allah`ı tanımaq, Onu razı edərək cənnətinə getmək istəyən insanlar Quranı çox yaxşı bilməlidirlər.
Ancaq cahil cəmiyyətdə Quran haqqında tamamilə səhv duşunurlər. Bu insanların bəziləri Quranı sadəcə oxuyur, lakin Allah`ın ona verdiyi oyudləri hec duşunmur, ozunə aid etmir, həyatına tətbiq etmir. Quran oxumaq ibadətdir, ancaq Quran Allah`ı tanımaq, Allah`ın istədiklərini oyrənmək və tətbiq etmək ucun oxunar. Bu insanlardan bəziləri Quranın sadəcə dua kitabı olduğunu zənn edir. Dua edərkən Qurandan əzbərlədiyi ayələri mənasını anlamadan oxuyur. Əlbəttə, Quranda Allah peyğəmbərlərin dualarından nümunələr verir və mominlər də bu duaları örnək goturməlidirlər. Ancaq Quranı sadəcə dua kitabı kimi düşünmək yanlışdır.
Allah Quranı möminlərə rəhbər kimi nazil etmiş və Quran açıq-aydın ayələri ilə mominləri qaranlıqlardan nura çıxarır. Quranın bu xüsusiyyətini Allah belə bildirir:
… Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab gəldi. Allah Oz lutfunə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz izni ilə zulmətdən nura çıxarar və duz yola istiqamətləndirər! (Maidə surəsi, 15-16)
... Bu, elə bir kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zulmətlərdən nura – yenilməz quvvət sahibi, tərifə layiq olan Allah`ın yoluna çıxartmaq üçün nazil etmişik. (İbrahim surəsi, 1)
Sozugedən insanların həm də Quranın keçmişdə yaşamış xalqlara göndərildiyini duşunurlər. Halbuki, zamanın keçməsi, texnologiyanın inkişaf etməsi, kosmos və ya kompyuter dovrundə yaşamağımız heç nəyi dəyişdirmir. 1400 il əvvəlki insanlar ilə bu gun yaşayan və ya gələcəkdə yaşayacaq insanların həvəs və istəkləri, dunyaya dair duşuncə tərzləri, cahillikləri daima eyni qalır. Hər dövr üçün doğru məlumat mənbəyi isə Qurandır. Allah Qurana tabe olmamaq ucun onun qədimlərin əfsanələri olduğunu iddia edən insanları cəhənnəm ilə xəbərdar edib qorxudur:
Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir” – deyər. Xeyr. Əslində, onların qəlblərini qazandıqları qaplamışdır. Xeyr, o gun Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra onlar cəhənnəmə girəcəklər. (Mutaffifin surəsi, 13-16)
Din əxlaqına uyğun yaşamaq
sulh və əmin-amanlığı necə bərqərar edər?
Din insanlara vicdanlarını dinləyərək yaşamağı əmr edir. Hər kəsin vicdanla davrandığı mühitdə isə cəkişmə, dava və ya narahatlıq verən hər hansı hərəkətə rast gəlinməz.
Dinə tabe olan insanlar ağıllı olurlar, hadisələrə də sağlam fikirlə yanaşırlar. Ona görə, daima məsələyə həll yolu gətirən və rahatlıq verən şəkildə davranırlar. Bu da onların olduğu mühitdə rahatlıq olmasını təmin edir.
Din ədaləti əmr edir. Hər kəsə haqqı tam şəkildə verilir, ona gorə, kimsənin öz haqqı üçün mübarizə aparmasına, bunun üçün müxtəlif yollara əl atmasına ehtiyac qalmır. Haqqı digər dindar və vicdanlı insanlar tərəfindən qorunur.
Dindar insanlar Allah`dan qorxduqları üçün cinayət, intihar, oğurluq kimi Allah`ın haram etdiyi hərəkətləri etməzlər. Axirətdə hesabını verə bilməyəcəkləri şeyi əsla etməzlər.
Dində şəxsi mənfəət ucun calışmaq yoxdur. Hər kəs dinin ortaq mənfəəti üçün əlindən gələnin artığını etməklə məsuldur. Ona görə, mənfəətə zidd olan bir şey olarsa, əsla problem cıxmaz.
Dində məcburiyyət yoxdur. Mominlər sadəcə dini təbliğ etməklə məsuldurlar.
Bundan əlavə, Quranda Allah`ın iman gətirənlərin uzərində xüsusi rahatlıq hissi verdiyi bildirilir. Bu, saleh möminlərə Allah qatından verilən boyuk nemətdir. Bu həqiqət Quranda belə bildirilir:
Mominlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur. Goylərdəki və yerdəki ordular Allah`ın ixtiyarındadır. Allah biləndir, hikmət sahibidir! (Fəth surəsi, 4)
Burada izah edilənlər dinin insanlara bəxş etdiyi gozəl muhitin umumi tərifidir. Din istər insanlar, istər cəmiyyət baxımından dünyada mümkün olan ən rahat, ən ideal, ən qüsursuz mühitə zəmanət verir.
Hiç yorum yok:
Yorum Gönder