Sayfalar
- Ana Sayfa
- Quranda temizlik
- MOMININ EMELLERI NECE OLMALIDI-1
- MOMININ EMELLERI NECE OLMALIDIR-2
- Allah necə zikr edilir?
- MOMINLERIN EMELLERI
- Qurandakı qissələrin əhəmiyyəti
- İnfaq nə deməkdir?
- Dində məcburiyyət varmı?
- CENNET VE CEHENNEM
- Allah`a hicrət etmək
- MUNAFIQ
- Allah`ın dininə dəvət
- İnsan səhv etdikdə və ya unutduqda nə etməlidir?
- Mominlərin dunyadakı əsl dostları kimdir?
- Vəsvəsə nədir?
- Təvəkkulsuzluyun insana mənəvi zərərləri
CENNET VE CEHENNEM
Kimlər cəhənnəmə girəcək?
Quranda bir cox ayədə cəhənnəmə girəcək insanların xüsusiyyətlərindən bəhs edilir. Bu xususiyyətlərdən bir qismini belə sadalamaq olar: Allah`ı inkar edən, Allah`dan başqasını ilahlaşdıran, Allah`a şərik qoşan, özünü ilahlaşdıran, Ondan başqa saxta ilahlar, xilaskarlar, yol göstərənlər qəbul edən, Allah`ın yolundan çəkindirən, Onun yolunda ziddiyyət axtaran, Allah`ın nazil etdiyi kitabdan bəzi şeyləri gorməməzliyə vurub gizlədən, Allah`ın adının zikr olunmasına mane olan, yetimin malını zülm edib yeyən, insanların haqqına təcavuz edən, ayələri təkzib edən, faiz yeyən, peyğəmbərləri haqsız yerə oldurən, insanlardan ədaləti əmr edənləri oldurən, Allah`ın elçilərinə müxalif çıxan, qəsdən adam oldurən, insanların mallarını haqsız yerə yeyən, dinini oyun-əyləncəyə cevirən, Allah`ın ayələri və elcilərinə istehza edən, yenidən dirildilməyəcəyini duşunub axirətə inanmayan, Allah`ın hüzuruna çıxacağına inanmayan, dünya həyatına qane olan, heç bir ciddi səbəbi olmadığı halda, Allah`ın fərz qıldığı ibadətləri yerinə yetirməyən, Allah`dan qorxub-cəkinməyən, namaz qılmayan, pis işləri təşkil edən, fitnə-fəsad torədən, Allah`ın ayələrini təkzib edən, təkəbburlə Allah`a ibadətdən boyun qaçıran, möminlərə bohtan atan, əxlaqsızlığı yayan, həqiqəti gizlədən, Allah`ın hədlərini aşan, haramları yeyən, olcudə-tərəzidə ədalətsizlik edən, təkəbburlu, xəsis, hormətsiz, eqoist, nankor, xain, qudurğan, zalım, inadkar…
Allah bu xususiyyətlərə malik olub olənə qədər bu əxlaqsız hərəkətlərdən əl cəkməyən hər kafirin mutləq cəhənnəmə girəcəyini və etdiklərinin əvəzində boyuk əzab cəkəcəyini bildirmişdir. “Qaf” surəsində belə deyilir:
Atın cəhənnəmə hər bir inadcıl kafiri; xeyrə mane olanı, həddi aşanı, (Allah`ın birliyinə) şəkk edəni! O kimsəni ki, Allah`la yanaşı, özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə! (Qaf surəsi, 24-26)
Cəhənnəmdəki peşmancılıq fayda verərmi?
Allah butun insanlara elciləri və kitabları vasitəsilə hər şeyi bildirmişdir. Hec bir qovmu xəbərdar edib qorxutmadan əzab gondərmir (Şuəra surəsi, 24). Hər insan kifayət qədər oyud alacaq və etməli olduğu hər şeyi oyrənəcək qədər yaşayır. Etməli olduqları hər şeyi bildikləri və duşunub oyud almaq üçün vaxtları olduğu halda, inkarlarına israrla davam edən insanlar cəhənnəmdə əbədiyyən yaşamağa layiqdirlər. Amma bu insanlar oraya girdikləri anda dunyada etdiklərinə gorə çox peşman olarlar. Lakin bu peşmançılığın faydası yoxdur. Etdiklərini duzəltmək üçün dünyaya qayıtmaq istəyən kafirlərin yalvarışları faydasızdır. Çünki onlar verilən fursəti dəyərləndirməmişlər və əbədiyyət haqlarını itirmişlər. Allah ayədə bu kafirlərin carəsiz vəziyyətini belə bildirmişdir:
Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan cıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dunyada) edirik!” “Məgər orada sizə oyud-nəsihət qəbul edəcək kimsənin oyud-nəsihət qəbul edə biləcəyi qədər omur vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatir surəsi, 37)
Cəhənnəmdə oddan başqa
əzablar varmı?
Allah Quranda inkar edənlərin cəhənnəmdə ikən oda atılacaqlarını, oddan və qatrandan paltarlar geyinəcəklərini bildirmişdir (Həcc surəsi, 19). Ancaq insanın cəhənnəmdə cəkəcəyi əzab oddan ibarət deyil.
Cəhənnəmdə:
Dəmir toppuzlar var. (Həcc surəsi, 21)
İnsanlar qandallanacaqlar. (İbrahim surəsi, 49)
Boyunlarında dəmir halqalar və zəncirlərlə surunəcəklər. (Ğafir surəsi, 71)
Başlarına qaynar su töküləcək. (Duxan surəsi, 48)
Qatrandan koynəklər geyinəcəklər. (İbrahim surəsi, 50)
Əlləri boyunlarına bağlı halda, cəhənnəmin dar yerinə atılacaqlar. (Furqan surəsi, 13)
Cəhənnəm ucun odun olacaqlar. (Cinn surəsi 15, Ali-İmran surəsi 10)
Burada sadalananlar cəhənnəmdəki əzabın çox az hissəsidir. Orada insanın təsəvvur etmədiyi ağır əzablar var. Peşmançılıqla birlikdə Allah`ın insanın qəlbinə verdiyi mənəvi əzab isə əbədiyyən oradakı insanların ürəklərini yandıracaq. Bu mənəvi əzaba Quranda belə diqqət cəkilir:
Sən nə bilirsən ki, Hutəmə nədir?! O, Allah`ın yanar odudur. Elə bir od ki, urəkləri yandırıb yaxar. (Huməzə surəsi, 5-7)
Cəhənnəmdə inkar edənlərin
yeməyi və ickisi nə olacaq?
Dunyada ikən həddi aşdıqlarına görə, Allah`ın rəhmətindən uzaqlaşdırılan bu insanlara axirətdə heç bir nemət verilməyəcək. Cəhənnəmdə ancaq əzab çəkəcək inkarçılar cənnətdə möminlərə əbədiyyən bəxş edilən nemətlərdən onlara bir az da olsa vermələri üçün yalvaracaqlar (Əraf surəsi, 50). Lakin inkarçılara haram edilmiş bu nemətlərin əvəzində onlara doyumsuz, boğazlarını tıxayan, əzab verən, hətta dözülməz aclıqlarını təmin etməyən qidalarla susuzluqlarını daima artıran içkilər veriləcək. Onlara heç bir fayda verməməsinə, hətta əzab verməsinə baxmayaraq, əbədi olaraq bu yemək və içkilərə möhtac qalacaqlar.
Cəhənnəmdə kafirlər ucun hazırlanmış, onlara əzab və iyrənclik hissi verən yemək və ickilər Quranda belə təsvir edilmişdir:
Zəqqum ağacı (Duxan surəsi, 43-46), darı tikanı (Ğaşiyə surəsi, 6-7) cəhənnəmdəki yeməklərdəndir. Qaynar su (Vaqiə surəsi, 54-55), irinli su (İbrahim surəsi, 16-17) və qan (Haqqə surəsi, 36) cəhənnəmdəki ickilərdəndir.
Cəhənnəm dərəcə-dərəcədirmi?
Cəhənnəmdə hər kəs etdiklərinin qarşılığını tamamilə alacaqdır. Əlbəttə, inkar dərəcəsinə, Allah`ın dininə və möminlərə qarşı apardıqları mübarizəyə, dünyada etdikləri zülmün şiddətinə əsasən, insanlar arasında dərəcə fərqləri olacaq. Məsələn, möminlərin ən böyük düşmənlərindən olan və əleyhlərində gizli fəaliyyət göstərən münafiqlərin cəhənnəmin ən alt təbəqəsində olacağı (Nisa surəsi, 145) Quranda bildirilmişdir. Bunun kimi hər inkar edənin mütləq cəhənnəmə girəcəyi və Allah`ın ədaləti ilə əməllərinin tam qarşılığını alacağı Quranda bu ayələrdə xəbər verilir:
Belələri ozlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ummətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır! Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla haqsızlıq edilməz. (Əhqaf surəsi, 18-19)
Bununla yanaşı, bəzi insanların düşündüyünün əksinə, insanlar günahlarının cəzasını bir müddət çəkdikdən sonra bağışlanaraq cəhənnəmdən çıxa bilməyəcəklər. Cəhənnəmə girən hər inkarçı əbədi olaraq orada qalacaq. (Bəqərə surəsi, 80-81)
Cənnət və cəhənnəmdəkilər
bir-birlərini gorəcəklərmi?
Allah ayələrdə cənnət əhli ilə cəhənnəm əhlinin bir-birlərini gorduyundən və onlar arasındakı dialoqlardan bəhs edir. Cənnət və cəhənnəm xalqının bir-birlərini gorməsi cənnətdəkilər ucun şukur vəsiləsi olacaq, cəhənnəmdəkilərin isə həsrət və peşmanlıqlarını artıracaq. Cənnətdəki insanların cəhənnəmdəkiləri gorməsi və aralarındakı söhbətlərdən bəzisi Quranda belə xəbər verilir:
Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi. O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki, Biz oldukdən, torpaq və sur-sumuk olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq?” (Sonra həmin şəxs cənnətdəki yoldaşlarına) deyəcək: “Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?” O, ozu baxıb onu cəhənnəmin ortasında görəcək və deyəcəkdir: “Allah`a and olsun ki, sən az qala məni məhv edəcəkdin! Əgər Rəbbimin lutfu olmasaydı, mən də (cəhənnəmə) gətirilənlərdən olardım! (Saffat surəsi, 51-57)
Cəhənnəm əhli cənnət əhlinə muraciət edib: “Ustumuzə bir az su tokun və ya Allah`ın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər. (Əraf surəsi, 50)
Cənnətdə həyat necə olacaq?
Quranda təsvir olunanlara əsasən, cənnətdə də dunyadakına bənzər həyat olduğunu anlayırıq. Ayələrdə cənnətdəki məkanlar təsvir olunur, bu məkanlardakı ehtişamlı mebellərdən, gozəl əşyalardan bəhs edilir. Bunlardan başqa, bəzək-duzək əşyalarına, cənnətdəki geyimə, yemək və ickiyə dair numunələr verilir. Dunyadakılara bənzər şəkildə tərif edilən bu gozəlliklərin hər birində cənnətdəki ehtişam və dəbdəbə vurğulanır. Bununla bərabər, insanın ağlına gələn və gəlməyən hər şeyin nemət olaraq veriləcəyindən bəhs edilir. Dünyadakı həyat və cənnətdəki həyat arasındakı ən boyuk fərq, şubhəsiz ki, dünyadakı çatışmazlıqların heç birinin cənnətdə olmamasıdır. Ayələrdə xəbər verilən cənnətdəki nemətlərdən və gozəlliklərdən bəziləri belədir:
Boyuk mulk və ehtişam
Hundur qəsrlər və evlər
Hundur taxtlar
Atlasdan və ipəkdən gozəl paltarlar
Qızıl və gumuş bilərziklər, incilər
Altından çaylar axan məkanlar
Nə isti, nə soyuq olan kolgəlik
Qızıl məcməyilər, qədəhlər
Ağır işlənmiş atlasdan yataqlar
Yaşıl yastıqlar və gözəl döşəklər
Dadı dəyişməyən suddən, suzmə baldan caylar
Gumuşdən bullur qablar və hələ bir cox nemət...
Gorunduyu kimi, cənnət insanın ən çox zövq alacağı, qeyri-adi dərəcədə qusursuz məkandır. Allah cənnətdəki ehtişamı bir ayəsində belə bildirir:
(Orada) hara baxsan, nemət və boyuk bir mulk gorərsən. (İnsan surəsi, 20)
Cənnətdəki mənəvi muhit necə olacaq?
Cənnət mominlərə dunyada etdikləri saleh əməllərin, gostərdikləri gozəl əxlaqın əvəzində Allah`ın verdiyi nemətdir. Ayələrdə maddi cəhətdən hər cur gozəlliyin təqdim edildiyi cənnətdə insanlara sıxıntı verən hec nəyin olmadığından bəhs edilir. Cənnətdə
Əmin-amanlıq var,
Kin və nifrət yoxdur,
Boş soz-sohbət və yalan yoxdur,
Yorğunluq və bezikmə yoxdur,
Qorxu və kədər yoxdur,
Gozəl, xoşxasiyyət insanlar var,
Cənnətdə hec kəs qocalmayacaq, hamı həmyaşıd olacaq,
Cənnət insanın hər cəhətdən rahat olacağı yerdir.
Əlbəttə, burada sadalananlar cənnətdəki rahat və təhlukəsiz muhiti tərif edən bir necə numunədir. Allah bir ayədə inanmayanların cəhənnəmdə ağlasığmaz əzab cəkərkən və mominlərin cənnətdə boyuk maddi-mənəvi rahatlıq içində olacaqlarını belə bildirir:
(Qiyamət gunu) zalımları qazandıqları günahların qorxusundan tir-tir əsən gorəcəksən. O, mutləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər gorənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən boyuk nemət! (Şura surəsi, 22)
Nəfsini tanrı etmək
Nəfsini tanrı edən insan oz mənfəətini və rahatlığını dinin mənfəətindən üstün tutan insandır. Halbuki, əsl səmimi dindar sadəcə Allah`ı tanrı edər və ancaq Allah`ın razılığına uyğun davranar. Bu, bütün şərtlər daxilində əsaslıdır. Belə bir insan xəstələndikdə, cətinlik anlarında, mənfəətinə tamamilə zidd olsa da, oz mənfəətini əsla dinin mənfəətindən ustun tutmaz, Allah`ın qoyduğu hədləri aşmaz.
Ancaq bir insan kicik gorduyu bir məsələdə belə Quran əxlaqına uyğun davranmırsa, çətin gələn hər şeydə din əxlaqını tərk edərək nəfsinə xoş gələni secirsə, bu insan nəfsini razı salmağa çalışır və ona gorə də nəfsini tanrı etmişdir. Allah Quranda nəfslərini tanrı edənlər haqqında belə deyir:
Nəfsini ozunə tanrı edən və Allah`ın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini mohurlədiyi, gozunə də pərdə cəkdiyi kimsəni gördünmü? Allah`dan başqa kim onu doğru yola sala bilər?! Məgər duşunub ibrət almırsınız? (Casiyə surəsi, 23)
Şeytan insanı azdırmaq UCUN
hər an fəaliyyətdədirmi?
Şeytan insanı Allah`ın yolundan azdırmaq ьзьn dayanmadan fəaliyyət gostərir. Bir an belə bundan əl cəkmir, hər yolu sınayır. İnsanın zəif cəhətlərindən yanaşaraq ona oz istəklərini etdirməyə зalışır. Bir ayədə şeytanın insanları azdırmaq ьзьn fəaliyyət gostərəcəyinə belə diqqət cəkilmişdir:
… Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər. (Nisa surəsi, 60)
(İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin duz yolunun ustundə oturub insanlara mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şukur edən gorməyəcəksən!” (Allah) buyurdu: “Oradan rusvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uyarsa, əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam! (Əraf surəsi, 16-18)
Şeytan insanın ən boyuk duşmənidir və insanlara vəsvəsə verərək, doğrunu yanlış, yanlışı doğru gцstərərək onları dindən uzaqlaşdırmağa зalışır. Ayədə bildirildiyi kimi, insanların Allah`a şьkьr etməsinin qarşısını almaq istəyir. Ancaq Quranda şeytana tabe olan insanların mütləq ziyan tapacağı bildirilmişdir. Ona görə, insanlar şeytanın hiyləgər tələsinə qarşı ayıq-sayıq olmalı və ona tabe olmaqdan hər vəchlə çəkinməlidirlər.
Bunu da unutmaq olmaz ki, şeytan ancaq səmimi iman gətirməyən insanlara təsir edə bilir. Allah`a şəksiz iman gətirmiş, məhşər gunundən əmin olan insanlar şeytanın fəaliyyətindən təsirlənməzlər. Əgər şeytandan vəsvəsə gələrsə, dərhal Allah`a sığınarlar. Allah şeytanın inananlara qarşı olduqca gücsüz olduğunu belə xəbər vermişdir:
Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah`ı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 201)
Şeytan ozu də Allah`a konuldən bağlanmış səmimi ixlaslı mцminlərə qarşı azdırıcı gьcь olmadığını etiraf edir. Bu, Quranda belə bildirilir:
(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and icirəm ki, mən də onlara (pis əməllərini) yer uzundə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!” (Hicr surəsi, 39-40)
Urəyimizdən kecən hər şey
Allah`a məlumdurmu?
Allah insanın ürəyindən kecən, hec kimin bilmədiyi butun duşuncələri də daxil olmaqla, hər şeyi bilir. Çünki Allah`ın sifətlərindən biri Xabirdir. Yəni Allah hər şeyin ic uzundən, gizli tərəflərindən xəbərdar olandır. İnsan qarşısındakı insanlardan fikrindən kecən duşuncələri gizlədə bilər, ancaq Allah`dan gizlədə bilməz. Ayədə bildirildiyi kimi:
“Yerdə və goylərdə hec bir şey Allah`dan gizli qalmaz”. (Ali-İmran surəsi, 5). Başqa bir ayədə isə belə deyilir:
Goylərdə də, yerdə də yalnız O Allah`dır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (butun) əməlləri də O bilir! (Ənam surəsi, 3)
İnsan zaman və məkandan asılıdır. Halbuki, Allah bütün nöqsanlardan uzaqdır. Zamanı, məkanı, bütün insanları, o insanların başına gələn hadisələri yaradan və hər şeyin qədərini təyin edən Allah`dır. Ona görə, Allah insanın daxilini, zahirini, bütün düşüncələrini bilir. Quranda bildirildiyi kimi:
“… (Allah) urəklərdə olanları biləndir!” (Mulk surəsi, 13)
İnsanın qəlbinin təmiz olması və
xeyirxah olması cənnətə girməsi
ucun kifayətdirmi?
Hər insanın və ya hər cəmiyyətin ozunə gorə yaxşılıq və xeyirxahlıq anlayışı var. Bəziləri üçün yaxşı təhsilli uşaqlar boyutmək, bəziləri üçün yardım fonduna üzv olmaq, bəziləri ucun də heyvan sevərlər dərnəyində işləmək yaxşılıqdır.
İnsanlar bu şəkildə ozlərini aldadaraq məsuliyyətdən qacmaq istəyirlər. Cunki hər insan, əslində, qiyamət günü Qurana tabe olub-olmadığına görə sorğu-sual ediləcəyini çox yaxşı bilir. Ancaq Allah`ın əmrlərini yerinə yetirmədiyi ucun bunu gorməməzliyə vurur. Bu məsuliyyətdən qacmayan və Quranda məsul olduğunu bilən insan isə həqiqi yaxşılığın Quranda tərif edildiyini bilir. Cunki Quran onu yaradanın hökmlərini ehtiva edir.
Bir insanın cənnəti qazanması üçün qəlbinin təmiz olması deyil, Allah`ın hokmlərini bəyan etdiyi Kitaba tabe olması gərəkir. Yəni insanın özü üçün yaşaması, heç kimin pisliyini istəməməsi, heç kimin malında, mülkündə, namusunda gözü olmaması onun cənnətə layiq insan olduğunu göstərmir. Cunki butun bunlarla birlikdə Allah`ın Quranda bildirdiyi digər əxlaqi xususiyyətləri də daşımalıdır.
Allah həqiqi yaxşılığın nə olduğunu, kimlərin əsl müsəlman olduğunu bir ayədə belə bildirir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allah`a, axirət gununə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Başqa bir ayədə Allah dərgahındakı yaxşılıq ölçüsü belə bir nümunə ilə açıqlanır:
Məgər siz hacılara su verməyi və Məscidul-həramı təmir etməyi Allah`a və qiyamət gununə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz! (Tovbə surəsi, 19)
İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yuksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. (Tövbə surəsi, 20)
Kaydol:
Kayıtlar (Atom)
Allah kömeyiniz olsun melumata göre.
YanıtlaSilYAZAN ELLERINIZ VAR OLSUN
YanıtlaSilCennetde bu heyatdaki heyat yoldasimizla evli qalacagiq?.qurands deyilen huri ne menaya gelir .kisilere istediyi sayda huri qadina ise ancaq eri .bu ne qeder dogrudu .haqsizliq deyilmi.sohbet qadinada istenilen sayda kisi verilmesinden getmir..xanim tekce sevdiyi insanla cennetde qovusdugu kimi heyat yoldasininda ancaq ona aid olmasini istiye biler. kisilere hurilerin verilmesi ne derecede dogurudurki ..dusunuremki qurani duzgun izah ede bilmirler .kime nece serf edir elede izahini verirler
YanıtlaSilMen Allaha inaniram sadece insanin basi qarisir kitab nece yazlb nece gelib Indi daha yaxsi anlayiram
YanıtlaSilSehidler cennete dusur
YanıtlaSil