Allah necə zikr edilir?


Allah necə zikr edilir?

Mominlər Allah`ın hər an onları gördüyünü və eşitdiyini, qarşılaşdıqları hər hadisəni Allah`ın yaratdığını bilirlər. Ona gorə, Allah`ı hec vaxt unutmurlar. Həyatlarının hər anında həm qəlbən Allah`ı duşunur, həm də digər mominlərlə sohbət etdikdə Rəbbimizin ucalığını, böyüklüyünü, qüsursuz yaratmasını, sənətini zikr edirlər. Mominlərin hər an Allah`ı zikr etməsi Quranda belə bildirilir:
O kəslər ki, ayaq ustə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və muqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)
Allah`ı zikr etmək hər şeyi, baş verən hər hadisəni Allah`ın yaratdığını bilmək, “Allah mənə bununla nə gostərmək istəyir?” şəklində duşunmək, Allah`ın yaratmasındakı hikmətləri anlamağa çalışmaq, hər an Allah`ın ucalığını qavramaq üçün səy gostərmək və bütün bunları digər insanlara da izah etməklə olar. Məsələn, kənardan baxdıqda çətin kimi gorunən bir hadisə ilə qarşılaşdıqda təvəkkullu davranan və səbir edən insan o an Allah`ı zikr etdiyi ucun bu şəkildə davrana bilir. Allah`ı zikr edən insan Allah`ı və Onun gucunu hec vaxt unutmaz və daima ağıllı davranar.

Qiyamət gunu Quranda necə tərif edilir?
Quranda bildirildiyi kimi, “O saat (qiyamət saatı) mütləq gələcəkdir…” (Taha surəsi, 15) və o gun gəldikdə dünyadakı bütün canlılarla birlikdə ulduzlar, planetlər, qalaktikalar, qısaca desək, goylərdə və yerdə nə varsa, hamısı məhv olacaq. Quranda qiyamət gunu baş verəcək hadisələr belə bildirilir:

Goy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 16)
Ulduzlar səpələnəcəyi zaman; (Təkvir surəsi, 2)
Gunəşlə ay birləşəcəyi zaman – (Qiyamət surəsi, 9)
Dənizlər od tutub yanacağı zaman; (Təkvir surəsi, 6)
O gun yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə donəcəkdir (Muzzəmmil surəsi, 14)
Dağlar isə didilmiş yun kimi olacaqdır!
Xeyr! Elə ki yer lərzəyə gəlib parca-parca olacaq, (Fəcr surəsi, 21)
Yer oz yukunu cıxardıb atacağı zaman; (Zəlzələ surəsi, 2)
Bunlar qiyamət gunu baş verəcək dəhşətli hadisələrin bəzisidir. Həmin gun insanın dünyada dəyər verdiyi hər şey məhv olacaq, hamı Allah`ın rizası üçün edilən saleh əməllərdən başqa heç nəyin qiymətinin olmadığını anlayacaq.

Qiyamət gunu inkar edənlərin 
vəziyyəti necə olacaq?
Qiyamət gunu insan ucun ən dəhşətli, qorxulu gundur. O gun inkarcılar onlara vəd edildiyi halda, hec duşunmədikləri həqiqəti acıq-aşkar görəcəklər. Lakin artıq insanların dünyada etdikləri səhvləri düzəltmək üçün geriyə dönüş imkanları olmayacaq. O gün inkar edənlər qorxu içində ölümün, əslində, yox olmaq deyil, əksinə, əbədi davam edəcək əzabın başlanğıcı olduğunu anlayacaqlar. Allah Quranda o gün insanların keçirdiyi qorxudan bir növ sərxoşa çevriləcəklərini bildirmişdir:
… İnsanları sərxoş gorərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)
Qiyamət gunu inkarcıların dəhşətdən butun dəyər muhakimələri dəyişəcək. Ən cox dəyər verdikləri mallar, ovladları bir anda bütün əhəmiyyətini itirəcəkdir. Allah Quranda insanların o gün ancaq özlərini xilas etməyə calışacaqlarını və bir-birlərindən qaçacaqlarını xəbər vermişdir:
O gun insan qacacaq oz qardaşından; anasından, atasından; zovcəsindən və oğullarından! O gun onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Əbəsə surəsi, 34-37)
O gun insanların düşdüyü vəziyyət ayələrdə belə bildirilir:
… Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gozləri dərhal bərələcəkdir…  (Ənbiya surəsi, 97)
Onu gorəcəyiniz gun hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş gorərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)
Elə isə əgər kufr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən özunuzu necə qoruyacaqsınız?! (Müzzəmmil surəsi, 17)

Mominlər sayca coxdurmu?
Allah bir cox ayədə həqiqi iman gətirən qullarının sayının çox az olacağını bildirir. Ona görə, tarix boyu iman gətirənlərin sayı daima az olmuş və inkarçılar coxluq təşkil etmişlər. Bu vəziyyət mominlərin səviyyə, dəyər və ustunluyunun gostəricisidir. Allah`ın insanların çoxunun inanmayacağı ilə bağlı ayələrindən biri belədir:
Sən nə qədər cox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. (Yusif surəsi, 103)
Ona gorə də bir insanın çoxluğu özünə numunə goturməsi, coxluq nəyə inanırsa, ona inanması böyük itkidir. Bu insanlar çoxluq təşkil etsə də, axirətdə də kutləvi şəkildə cəhənnəmə girəcəklər.

Axirətdə mominlər necə qarşılanacaqlar?
Mominlər olumlə birlikdə başlayan axirət həyatında inkar edənlərdən fərqli olaraq, gözəl tərzdə, gözəl sözlə, müjdə ilə qarşılanacaqlar. “O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb... (Nəhl surəsi, 32) ayəsi ilə xəbər verildiyi kimi, olərkən canları rahat, pak və təmiz halda alınacaq. Onlar hər cür qorxudan uzaq, əmin-amanlıq içindədirlər. Rəbbimizin onlara olan köməyi və fəzli sayəsində haqq-hesabları yüngül olacaq. Mələklər onları cənnətlə müjdələyəcək və nəhayət Allah`ın onlara vəd etdiyi cənnətə daxil olacaqlar:
Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora catınca onun qapıları açılacaq və (cənnət) gozətciləri: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!” – deyəcəklər. Onlar isə: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allah`a həmd olsun! Biz cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməllər edənlərin mükafatı necə də gozəldir!” – deyəcəklər. (Zumər surəsi, 73-74)

Din gunu kafirlər necə tanınacaqlar?
Gunahkarlar uzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar. (Rahmən surəsi, 41)
Allah yuxarıdakı ayə ilə kafirlərin din gunundə uzlərindən tanınacaqlarına diqqət cəkir. Bir insan dunya həyatında məsum və ya gozəl gorunə bilər. Ancaq haqq-hesab gunu yenidən dirildilən bu insanların üzü o gun Quranda bildirildiyi kimi, zillət icində, qaralmış, toz burumuş olacaq. Bundan əlavə, inkarçılar kor şəkildə həşr olunacaqlar. Gozləri həm kor olacaq, həm də qorxunc gorunəcəklər və Quranda bildirildiyinə gorə, gomgoy olacaq. Hər inkarçı din günündə bu qorxunc goruntusu ilə yenidən dirildiləcəkdir.

Hiç yorum yok:

Yorum Gönder