İnfaq nə deməkdir?
İnfaq bir insanın malını və imkanlarını Allah yolunda sərf etməsidir. Bir insan gələcəyi ilə bağlı narahat olmadan ehtiyacından artıq qalanını (Bəqərə surəsi, 219) Allah yolunda sərf edərsə, Allah ona axirətdə cənnəti, dunyada isə sərf etdiklərinin əvəzində başqasını verməyi vəd edir:
De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba surəsi, 39)
... Ozlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət umarlar. (Fatir surəsi, 29)
İnfaq edərkən ən gozəl davranış nədir?
İnfaq necə edilir?
Allah gizli və acıq (Bəqərə surəsi, 274) infaq etməyi bildirir. Ancaq Allah infaq edənlərin bunu əsla gostəriş ucun etməmələrini, infaq etdikləri insana daha sonra sıxıntı verəcək hərəkət etməmələrini və onlara minnət qoymamalarını əmr edir. Allah verdiyi numunələrlə gostəriş ucun infaq edənlərin heç bir qarşılıq görməyəcəklərini xatırladır:
Xoş bir soz və gunahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allah`a və axirət gununə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puca cıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir olmazlar. Şubhəsiz ki, Allah kafirləri haqq yoluna yonəltməz! Mallarını Allah`ın razılığını qazanmaq və nəfslərini sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm ( də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi gorəndir! (Bəqərə surəsi, 263-265)
Hərisliklə mal toplamağın və ya xəsisliyin
Allah dərgahındakı qarşılığı nədir?
Bəzi insanlar butun omurlərini mal və pul yığıb saxlayırlar və bunları Quranda tərif edilən xeyirli işlərə sərf etmirlər. Hərisliklə, daima daha cox mal-mulkə sahib olmaq üçün çalışırlar. Əldə etdiklərindən isə Allah yolunda sərf etmək, ehtiyacı olanları doyurmaq əvəzinə oz nəfsləri ucun istifadə edirlər. Ehtiyaclarından qat-qat artığını toplayar və gostəriş ucun az miqdarda xərcləyərlər, lakin faydalı işlər gorməyə çalışmazlar. Bu insanların axirətdəki qarşılığı cox şiddətli olacaq. Bu, “Tovbə” surəsində belə bildirilir:
… Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla mujdələ! O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kurəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövləti dadın!” - (deyiləcəkdir!) (Tovbə surəsi, 34-35)
Mal-dovlət yığıb toplayanlar və xəsislik edənlər Allah`ın dunya həyatında onları sınamaq üçün mal və zənginlik bəxş etdiyini qavramayan, bunlara dunya həyatında tamahkarlıqla bağlanan insanlardır. Allah`ın heç kimin infaqına ehtiyacı yoxdur, bütün mal-mülk də Onundur. İnfaq edərək Allah qatında savaba möhtac olan isə insandır. Allah bu həqiqəti başqa bir ayədə belə açıqlayır:
Budur, siz Allah yolunda sərf etməyə cağırılan kimsələrsiniz. Bununla belə, icərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq ozunə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər uz dondərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qovm gətirər! (Muhəmməd surəsi, 38)
Zənginliyin axirətdə hər hansı faydası olacaqmı?
İnsanın nə zəngin olması, nə də dunyada ikən guc və iqtidar sahibi olması axirətdə ona hec bir fayda verməz. İnsanın dünyada istədiyi qədər pulu, var-dovləti olsa da, olu bədəni torpağa basdırıldığı andan etibarən sərvətinin ona heç bir yararı olmayacaq. Əgər inkar edənlərdəndirsə, butun digər inkarçılar kimi cəhənnəmə atılacaqdır. Dünyada ikən var-dovlətlərinə gorə başqa cur munasibət gorən bu insanlar axirətdə çox alçaldılacaqlar. Çünki onlar dünyadakı var-dövlətlərinə gorə lovğalanmış və Allah`ın ayələrini təkzib etmişdilər. Axirətdə insanlar Allah`a iman gətirdiklərinə və Allah`dan qorxaraq Onun razı olduğu kimi davrandıqlarına görə qarşılanacaqlar. Dünyadakı var-dövlət və ya statusları onlara üstünlük gətirməyəcək. Zənginliyin Allah dərgahında heç bir dəyərinin olmadığını bildirən ayələrdən biri belədir:
Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər gondərdikdə, onun naz-nemət icində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə gondərilənləri inkar edirik!” – dedilər. Onlar: “Bizim mal-dovlətimiz və övladımız daha çoxdur və bizə əzab da verilməyəcəkdir” – dedilər. De: “Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti bilməz!” Sizi bizə yaxınlaşdıran nə var-dovlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər gorənlərin əməllərinə gorə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 34-37)
Nəfsini mudafiə etməmək
Nəfs insana pisliyi əmr edir. Nəfsin bu xususiyyəti “Şəms” surəsində belə bildirilir:
And olsun nəfsə və onu yaradana; sonra da ona gunahlarını və pis əməllərdən cəkinməsini oyrədənə ki, nəfsini təmizləyən mutləq nicat tapacaqdır! (Şəms surəsi, 7-9)
Nəfsin pisliyi əmr etdiyini acıqlayan ayələrdən biri də hz. Yusiflə bağlıdır. Hz. Yusif heç bir günahı olmadığı halda, bohtana məruz qaldıqdan sonra belə demişdir:
Mən ozumu təmizə cıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər gorməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir! (Yusif surəsi, 53)
Hz. Yusifin də bildirdiyi kimi, nəfs həmişə pisliyi əmr edir. Ona gorə, insan hər hansı hadisə ilə qarşılaşdıqda dərhal nəfsini müdafiə etməməli, haqlı olduğunu sübut etməyə çalışmamalıdır. Çünki bir anlıq boş qalmaqla nəfsinə tabe ola bilər. Belə vəziyyətdə, əvvəlcə duşunməlidir. İnsan səmimi düşündükdə haqlı olduğunu hesab etdiyi bir çox məsələdə, əslində, səhv davrandığını anlayar. Bunu dərk etmək isə mömin üçün böyük qazancdır. Çünki səhvi olduğunu qəbul edən bir insan onu duzəldərək, Allah`ın onu bağışlamasını ümid etmək üçün ilk addımı atmış olur. Əks təqdirdə, ozunu daima haqlı çıxarmağa, heç bir səhvini qəbul etməməyə çalışan birisi istədiyi qədər özünü insanların gözündə haqlı çıxarsa da, Allah həqiqəti bilir. Bu həqiqət axirətdə qarşısına çıxacaq.
İnsanın nəfsini daima mudafiə etməkdənsə, nəfsini qınayaraq daima onun qüsurlarını üzə çıxarması və bunları aradan qaldırmaq üçün Allah`a üz tutması Allah dərgahında gözəl qarşılığı olan davranışdır.
Dunya həyatına aludə olmamaq
Dunya insanların sınanması və axirət yurduna hazırlıq görməsi ucun Allah tərəfindən hazırlanmış xüsusi yerdir. Bu imtahanın tələbinə uyğun olaraq cəlbedici yaradılmışdır. Dünyanın insanı cəlb edən bərbəzəyinə bir ayədə belə diqqət cəkilir:
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gozəl gostərilmişdir. Bunlar dunya həyatının keçici zövqüdür, gözəl donuş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)
Ayədə də bildirildiyi kimi, bir-birindən dəyərli zinətlər, mallar, qazanclı ticarət, gozəl və zəngin həyat yoldaşları, sağlam uşaqlar, gözəl evlər, hər rəngdə və modeldə avtomobillər, novbənöv qidalar insanı dünyaya bağlayan dəyərlərdir. İnsan bunların Allah`dan nemət olaraq verildiyini, hamısının keçici olduğunu və ayədə xəbər verildiyi kimi, gozəl dönüş yerinin Allah yanında olduğunu əsla unutmamalıdır. Ona təqdim edilən nemətləri də dunyada boş yerə sərf edərək deyil, axirət üçün hazırlıq görmək ucun istifadə etməlidir. Bu muhum həqiqəti dərk edərək hərəkət edən insanlar dunya həyatına aludə olmurlar.
Dunya həyatına qane olanların
vəziyyəti necə olacaq?
Bəzi insanlar dunyanın müvəqqəti və nöqsanlı yer olduğunu unudaraq ona hərisliklə bağlanırlar. Allah bu insanlardan Quranda belə bəhs edir:
Şubhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ьmid etməyənlər, dunya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların – məhz onların qazandıqlarına görə sığınacaqları yer Oddur. (Yunis surəsi, 7-8)
Onları yaradanı unudub hərisliklə dünyaya bağlananlar əbədi cəhənnəm əzabı içində yaşayacaqlarını bilməlidirlər. Bu insanlar etdiklərinin əvəzində çox qısa həyatı üstün tutaraq sonsuz həyatı itirəcəklər. Bundan əlavə, dunyada həvəslə bağlandıqları bu dəyərləri axirətdə əbədiyyən bir an belə əldə edə bilməyəcəklər.
Allah rizası üçün yaşamaq nə deməkdir?
Butun həyatını Allah`a həsr etməyi dərk etmək ucun, əvvəlcə, həyatın həqiqi mahiyyətini bilmək lazımdır. Allah həyatın həqiqi mənasını belə bildirir:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)
Ayədə bildirildiyi kimi, butun insanlar davranışları ilə sınanırlar. Gözəl davrananlar, bunun nəticəsində, Allah`ın razılığını qazanaraq cənnətə girməyi arzu edirlər. Bunun ucun həyatlarının hər anını bu cür davranmalı olduqlarını bilirlər.
Lakin bəzi insanlar duşunurlər ki, sadəcə ibadət etmək və haramlardan cəkinmək Allah rizası üçündür, qalan vaxtların isə dinlə əlaqəsi yoxdur. Halbuki, insan yaşadığı hər an, hər söhbətində, ağlından keçirdiyi hər düşüncədə, gördüyü hər işdə Allah`ı daha çox razı etməyin yolunu axtarmalıdır. Məsələn, dünyada hər insan işləyir və pul qazanır. Ancaq həyatını Allah üçün yaşayan insan Allah`ın dininə daha artıq xidmət etmək üçün işləyir və qazancından ehtiyacı olanı götürərək qalanını Allah rizası üçün sərf edər. Bu insan hər söhbətində Allah`ı ən çox razı edən mövzulardan bəhs edər. İnsanlara Allah`ı xatırladar, pisliklərdən çəkindirərək yaxşılığı əmr edər. Ətrafını və dostlarını Allah`ın razılığını qazanan insanlardan seçər. Bu seçimi edərkən dünyəvi mənfəətlərini və ya din əxlaqına uyğun yaşamayan insanların prinsiplərini nəzərə almaz. Hər an: “Hal-hazırda Allah`ı necə razı sala bilərəm?”, - deyə düşünər.
Dinin ən əsas şərtlərindən biri həyatı tamamilə Allah`a həsr etməkdir. Ona görə, Allah möminlərə belə demələrini əmr edir:
De: “Mənim namazım da, ibadətim də, həyatım və olumum də aləmlərin Rəbbi Allah ucundur! (Ənam surəsi, 162)
Hiç yorum yok:
Yorum Gönder