Sayfalar
- Ana Sayfa
- Quranda temizlik
- MOMININ EMELLERI NECE OLMALIDI-1
- MOMININ EMELLERI NECE OLMALIDIR-2
- Allah necə zikr edilir?
- MOMINLERIN EMELLERI
- Qurandakı qissələrin əhəmiyyəti
- İnfaq nə deməkdir?
- Dində məcburiyyət varmı?
- CENNET VE CEHENNEM
- Allah`a hicrət etmək
- MUNAFIQ
- Allah`ın dininə dəvət
- İnsan səhv etdikdə və ya unutduqda nə etməlidir?
- Mominlərin dunyadakı əsl dostları kimdir?
- Vəsvəsə nədir?
- Təvəkkulsuzluyun insana mənəvi zərərləri
Allah`ın dininə dəvət
Allah`ın dininə dəvət
İnsanlara dinin və gozəl əxlaqın təbliğ edilməsi Allah`ın əmridir:
İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər gorməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 104)
Allah bir ayədə “İnsanları hikmətlə, gozəl oyud-nəsihət ilə Rəbbinin yoluna dəvət et...” (Nəhl surəsi, 125) şəklində əmr etmişdir. Allah`ın dininə dəvət edərkən Quranın hökmlərini hikmətlə və oyud-nəsihətlə izah etmək lazımdır. Təbliğ zamanı Allah`ın varlığı, birliyi və bənzərsiz yaratma sənəti kimi mövzular danışılaraq dinə dəvət edilən insanın Allah`a olan sevgisi, horməti və qorxusu artırılır. Gözəl əxlaqlı insanın müxtəlif hadisələrdə necə davranacağı hərtərəfli tərif edilir. İnsanın dünyadakı həyatının məqsədi, imtahan olunduğu, ölümün yaxınlığı, ölümdən sonra haqq-hesab cəkiləcəyi, buna əsasən, cənnətə və ya cəhənnəmə gedəcəyi də izah olunur. Allah`ın sonsuz ədaləti ilə cənnəti və cəhənnəmi necə hazırladığı da xatırladılaraq həmin insanı pis sondan qorxudub çəkindirmək lazımdır. Allah`ı, Quranı və axirəti bu təriflərlə tanıyan insanlar bu mərhələdən sonra vicdanlarını dinləyərək hərəkət etdikləri təqdirdə Allah`ın əmrlərini tam yerinə yetirməyə çalışırlar.
Gundəlik həyatda insan necə
dərin duşunə bilər?
İnsan gündəlik həyatda coxlu şeyləri duşunur. Məsələn, həmin gun gorəcəyi işləri, gedəcəyi yerləri, ona deyilən yaxşı və ya pis şeyi, işi və ya məktəbi ilə bağlı etdiklərini, uzunmuddətli planlarını və s. Bunlara bənzər bir cox fikir zehnini məşğul edə bilər. Bunların hamısı vacibdir, lakin bu cür düşüncələr insanın beynində lazımi qədər yer tutmalıdır. Çünki daha təcili və insanın əbədi həyatını maraqlandıran daha mühüm məsələlər var.
İnsan, əvvəla, ozunun və ətrafındakı bütün canlıların necə yaradıldıqlarını, onların necə yaşadıqlarını hərtərəfli duşunməlidir. Bununla bağlı bütün varlıqları yoxdan yaradan və yaşadan Allah`ı və Onun sifətlərini dərindən duşunməlidir. Daha sonra bu sonsuz qudrət və elm sahibi Yaradanın onu yaratma məqsədini və ondan nələr tələb etdiyini duşunməlidir. Allah`ın ayələrini və əmrlərini ən yaxşı şəkildə yerinə yetirmək ucun qətiyyətli olmalıdır. Onu gözləyən labud sonu, yəni olumu və axirət həyatını da unutmamalı, daima bunu yadında saxlayaraq davranmalıdır. Onu bu təcili məsələlərdən uzaqlaşdıraraq qəflətə surukləyən, fani, sonsuz həyatı üçün faydalı olmayan, hətta zərər verən iş, duşuncə, hərəkət və sohbətlərdən cəkinməlidir.
İnsanın zehni qabiliyyəti, əslində, çoxdur. İnsan bundan istifadə etməyi bilməli, zehnini lazımsız fikirlərlə məşğul etməməlidir.
Gundəlik həyatında insan bir tərəfdən də bu muhum məsələləri duşunə bilər. Hətta bu məsələləri hərtərəfli şəkildə, movzu-movzu, ayələrlə şərh edərək duşunə bilər. Məsələn, gününün 9-10 saatını iş yerində və ya məktəbdə kecirən bir şəxs gun ərzində duşunməli cox şeylə qarşılaşır. Bunlar Quranda tərif edilən insan xarakterləri, düşdüyü, yaşadığı mühitlər ola bilər. Vicdanını dinləmə, nəfsinə tabe olma, həsəd, təvazökarlıq, təvəkkul, səbir kimi yuzlərlə movzunu bir-bir yaşayaraq duşunər, həm də bu movzular uzərində hərtərəfli şəkildə duşunərək dərinləşə bilər. Əsas odur ki, insan bu fursətləri gorsun və yaxşı dəyərləndirsin.
Ətrafında baş verənlərə: cicəklərin açmasından səmada quşların uçmasına, nəfəs aldığı oksigenin nisbətindən və canlılara verdiyi faydadan ürəyinin doyunməsinə qədər bir cox movzunu ətraflı düşünə bilər. Suallar verərək, cavablarını axtararaq, adət halını almış izahlardan kənara çıxaraq düşünən insan dərin duşunməyə başlayar. Allah Quranda mominlərin duşunən insanlar olduğunu belə bildirir:
Həqiqətən, goylərin və yerin yaradılmasında, gecə ilə gunduzun bir-birini əvəz etməsində ağıl sahibləri ucun dəlillər vardır. O kəslər ki, ayaq ustə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və muqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 190-191)
Dərin duşunməyə nələr mane olur?
Bir məsələ uzərində duşundukdə insanın diqqəti başqa şeylərə yayına bilər. Mühüm məsələ haqqında düşünərkən insan birdən-birə sabah edəcəyi lazımsız iş və ya əlində tutduğu qələm haqqında fikirləşə bilər. Fikrin dağılması isə dərinləşməyin qarşısını alır.
Həmcinin bir məsələ haqqında kifayət qədər məlumat olmadıqda da insanın düşünmə qabiliyyəti muəyyən həddə qədər irəliləyir. Amma bu da duşunməyə mane olan səbəb deyil. İnsan necə və nə haqda duşunəcəyini bilərsə, o sahədə ozunu təkmilləşdirər və lazım gələrsə, biliyini də artıra bilər.
Ancaq duşunməyə mane olan ən muhum amillərdən biri, şubhəsiz, ulfətdir, yəni hadisələrə alışqanlıq eynəyinin ardından baxmaqdır. İnsan hərtərəfli düşünməsə, dünyaya gəldiyi andan etibarən ətrafında baş verən hadisələri təbii qarşılaya bilər. Məsələn, canlılardakı qeyri-adi dizaynı görməz. Həmişə görməyə adət etdiyi üçün qarışqanın öz çəkisindən 200-300 dəfə ağır cismi asanlıqla metrlərlə uzağa daşıdığını, bunun çox mühüm detal olduğunu, qarışqaya bu cür çətin işi həyata keçirməyə kömək edən mexanizmi kimin verdiyini heç düşünməz. Özünün belə bir şeyi əsla edə bilməyəcəyini isə ağlına belə gətirməz. Bir quşun qanadındakı xususiyyətləri, qanad mexanizminin xususi dizayn tələb etdiyinin fərqinə varmaz. Halbuki, dərin duşunən insan bircə tuku belə əlinə alıb, onu hərtərəfli tədqiq edərək çox mühüm nəticələrə gələ bilər. Tükdəki nizamdan tükü təşkil edən maddənin möhkəmliyinə qədər bir çox mühüm detalı özü tapa bilər. Bircə tükə baxaraq onun üzərindəki yaradılış dəlillərini müəyyən edə bilər.
Ancaq bunu da bildirmək lazımdır ki, ülfətsiz duşunmək üçün insanın mütləq cox şey bilməsinə ehtiyac yoxdur. Sadəcə ətrafındakı canlılara, səmaya və hətta oz bədəninə diqqətlə baxması kifayət edər. Allah buna “Qaf” surəsində belə bir numunə ilə diqqət cəkir:
Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə doşədiyimizi, orada mohkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! (Butun bunları Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz goydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik). Bəndələrə ruzi olsun deyə! Biz onunla ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir! (Qaf surəsi, 6-11)
Duşunməkdən qacan insanlar
necə ziyana uğrayırlar?
Allah Quranda insana duşunməyi tovsiyə edir. Bir cox ayədə numunə verərək: “İbrət almırsınızmı?” - deyə soruşur.
Əslində, insan gun ərzində ibrət alıb düşünəcəyi, Allah`ın sənətini gorəcəyi, Onun yaratmasındakı dəlilləri qavrayacağı və Onun ucalığını, böyüklüyünü anlayaraq Allah`ın şanını ucaldacağı çox fürsətlə qarşılaşır. Düşünməyən insan qarşısına çıxan bu fürsətləri gundəlik həyatın axışı içində baş verən hadisələr kimi dəyərləndirir və bunların əhəmiyyətini dərk etmir.
Məsələn, qəza və ya xəstəliklə qarşılaşdıqda bunun ona Allah`a uz tutması üçün yaradılmış xüsusi hadisə olduğunu düşünməz. Halbuki, Allah ayələrində insanlara duşunmələri ucun xususi verilən sıxıntılardan bəhs edir:
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tovbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126)
Bununla bağlı edilən xəbərdarlıqları qulaqardı etmək isə insanın özünə zərər verir. Habelə bu, insanın düşünmədiyinə gorə verdiyi itkilərdən təkcə biridir.
Duşunməyən insan ətrafındakı gözəllikləri də dərk etməz. Allah`ın yaratdığı incəliklərdən zövq almaz. Hər şeyin yaradanı olan Allah`ın varlığının dəlillərini, Onun ucalığını qavramaz. Bu isə insan üçün böyük nemət itkisidir. Çünki dünyadakı bütün gozəllikləri yaradanın Allah olduğunu anlamayan insanın axirətdə heç bir umidi olmaz. Dunyadakı hər şeyin ölümlə sona çatacağını zənn etdiyi üçün bu müvəqqəti şeylərdən əsl mənada zövq alması mümkün deyil. Əksinə, gördüyü gözəlliklərə gec-tez bir gün itirəcəyi şeylər kimi baxar. Bu da nemətlərdən zovq almaq əvəzinə, onlara baxıb sıxıntı çəkməsinə səbəb olar.
Yaradılmışlar üzərində duşunməyin
insana faydaları
Duşunməkdən qacan insanın əksinə, hər şeyi Allah`ın yaratdığını düşünən insan baxdığı hər şeydə Allah`ın sənətini görür, hər şeyin insan üçün xüsusi yaradıldığını anlayır.
Məsələn, insan da daxil olmaqla, butun canlılardakı mükəmməl sistemləri, yaşadığı planetin və kainatın qeyri-adi güclə inşa edildiyini duşunmək insanın əvvəla Allah`ı daha yaxşı tanımasına vəsilə olur. Bu da o insanın qəlbinə mulayimlik verir və Allah`a olan hormətini, sevgisini və qorxusunu artırır. Bu insan ətrafdakı ağaclardan quşlara, qarışqalardan kəpənəklərə qədər hər cür canlıda, bu canlıların malik olduğu hər mexanizmdə daima Allah`ın sənətini, ucalığını gördüyü üçün imanı güclənir. Allah ancaq duşunən insanların ətraflarındakı iman dəlillərini gorub dəyərləndirəcəklərinə belə diqqət cəkir:
Həqiqətən, goylərin və yerin yaradılmasında, gecə ilə gunduzun bir-birini əvəz etməsində, icərisində insanlar ucun mənfəətli şeylər olan gəmilərin dənizlərdə uzməsində, quruyan yer uzunu Allah`ın goydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə dondərilməsində əlamətlər vardır. (Bəqərə surəsi, 164)
Allah`a şəksiz iman gətirən insan dunyanın məqsədsiz yer olmadığını, düşünməli və yerinə yetirilməli çox mühüm şeylərin olduğunu da qavrayar. Ona verilən hər şeyin bir nemət olduğunu bilər və şükür edər. Axirəti daima düşünər və o günün qorxusundan uzaq olmaq üçün bağışlanma diləyər.
Duşunməyin ən muhum xususiyyəti də, şubhəsiz, hər kəsin oz səyi ilə əldə etdiyi qazanc olmasıdır. Kimsə kimsəni bir şey haqqında düşünməyə məcbur edə bilməz. Ona görə, hərtərəfli duşunən insan ozunə fayda verər. Allah Quranda ancaq duşunən insanın qarşılaşdığı hadisələrdən ibrət alacağına və ibrət alan insanların əbədi həyatlarında xilas olacağına diqqət çəkir. Digər insanların isə öyüd-nəsihətdən qaçdıqlarını, buna görə böyük peşmançılıq çəkəcəyini xəbər verir:
Əgər nəsihət etmək fayda versə, oyud-nəsihət ver! (Allah`dan) qorxan kimsə mutləq oyud-nəsihət qəbul edəcəkdir! Bədbəxt isə ondan qacacaqdır. (O bədbəxt ki) ən boyuk oda girəcəkdir. Orada nə oləcək, nə də yaşayacaqdır! (Əla surəsi, 9-13)
Allah`ın qədrini haqqı ilə təqdir etmək
İnsan hər gün oyandığı andan etibarən Allah`ın ona verdiyi nemətlərlə qarşılaşır. Nəfəs alır, görür, eşidir, düşünür, ürəyi doyunur, huceyrələri yenilənir. Acır, yemək yeyir və ləzzət alır, güc qazanır. Susayır, susuzluğunu təmin edir. Danışır.
Bunlar Allah`ın insan üçün yaratdığı nemətlərdən sadəcə bir necəsidir. Nemətlərin fərqinə varan insan Allah`ın qədrini haqqı ilə təqdir edir. Çünki Allah şanı çox uca olandır, hər şeyin sahibidir, yaradanıdır. Allah`ı ustun sifətləri ilə duşunərək tanımaq lazımdır. Allah ayələrdə şanının ucalığını bizə belə bildirir:
Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət gunu yer butunluklə Onun ovcunun icində olacaq, goylər isə Onun sağ əli ilə bukulmuşdur… (Zumər surəsi, 67)
Kainatda insanın öz yaradılışından qiyamətin meydana gəlmə mərhələlərinə, goylərin yaradılmasından dənizlərin və dağların varlığına qədər hər hadisədə ehtişam və hüdudsuz güc var. Bu güc yalnız üstün ağıl sahibi olan Allah`a aiddir.
Allah insanlara kitablar nazil etmişdir və peyğəmbərlər göndərmişdir. Özünü həm yaratdığı canlılardakı bənzərsiz sənəti və elmi ilə, həm də kitabları və peyğəmbərləri vasitəsilə bizə tanıdır. İnsan isə Allah`ın ucalığını, böyüklüyünü haqqı ilə təqdir etmək üçün olduqca dərin düşünməlidir.
Kaydol:
Kayıtlar (Atom)
Hiç yorum yok:
Yorum Gönder