Qurandakı qissələrin əhəmiyyəti
Onların rəvayətlərində ağıl sahibləri ucun bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq ozundən əvvəlkiləri təsdiqləyən və hər şeyi mufəssəl izah edəndir; iman gətirən bir camaat ucun hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
Allah “Yusif” surəsindəki bu ayə ilə Qurandakı qissələrdə ibrətlər olduğunu bildirir. Bu qissələrdə danışılan hadisələr mominlərə bir cox cəhətdən ornək təşkil edir. Kecmişdə yaşayanların səhvlərini təkrar etməmək, peyğəmbərlərin və mominlərin muəyyən vəziyyətlərdə necə davrandığını və necə muvəffəqiyyət əldə etdiyini gorərək onları nümunə goturmək, onların üstün əxlaqını mənimsəmək, kecmişdəki hadisələri və nəticələrini nəzərə alaraq dovrumuzdəki hadisələri dəyərləndirmək baxımından bu qissələr mominlər ucun boyuk əhəmiyyət daşıyır.
Kecmişdəki qovmlər necə həlak edilmişdir?
Allah kecmişdə yaşamış qövmlərə elçilər göndərmiş, onları axirət və haqq-hesab günü ilə məlumatlandırıb qorxutmuşdur. Ancaq bu qövmlərin bir çoxu Allah`dan gələn xəbərdarlığı dinləməmiş, Allah`a və elcilərinə itaətsizlik etmiş və dinlərini unutmuşlar. Bunun əvəzində Allah onlara xəbərdarlıq mahiyyətində müxtəlif bəlalar göndərmiş, bunlardan ibrət almayanları həlak etmişdir. Bu qövmlərin başına gələn bəlalar zahirən bir-birindən fərqlənsə də, əsas cəhəti insanların heç gözləmədiyi yerdən, gözlənilmədən, hətta çox vaxt yatdıqda gəlməsidir. Sözügedən bəlalar bəzən bütün şəhəri və ya qövmü məhv etmiş, o şəhərdən əsər qoymamış, insanlar üçün qorxunc əzab olmuşdur. Allah Quranın bir çox ayəsində məhv olmuş qövmləri bütün insanlara ibrət kimi vurğulayır:
Məgər onlar ozlərindən əvvəl necə-necə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi? (Yasin surəsi, 31)
Quranda həmin bəlalar belə təsvir edilir:
- Suda boğulma (İsra surəsi, 103)
- Goydən şiddətli əzab (Bəqərə surəsi, 59)
- Dəhşətli sarsıntı (zəlzələ) (Əraf surəsi, 78)
- Sel fəlakəti (Qamər surəsi, 12)
- Qorxunc səs (Hud surəsi, 67)
- Odda bişmiş daş yağışı (Hud surəsi, 82)
- Uğultulu külək (Qamər surəsi 19)
- İldırım vurması (Zəriyət surəsi, 44)
- Yerin alt-ust olması... (Nəcm surəsi, 53)
Kimlərə oyud verilər?
Allah Quranda kimlərin oyud alıb düşünəcəyini bildirmiş və mominlərə “Əgər nəsihət etmək fayda versə, oyud-nəsihət ver!” (Əla surəsi, 9) ayəsi ilə bu xususiyyətlərə malik olan insanlara oyud-nəsihət vermələrini əmr etmişdir. Allah oyud verilməli insanların xüsusiyyətlərini belə xəbər verir:
... Bununla Allah`a və axirət gununə iman gətirənlərə oyud-nəsihət verilir... (Talaq surəsi, 2)
(Allah`dan) qorxanlar oyud-nəsihət goturərlər. (Əla surəsi, 10)
... Yalnız ağıl sahibləri oyud-nəsihət qəbul edərlər! (Rad surəsi, 19)
… Ancaq (Allah`a )uz tutanlar ibrət alarlar! (Ğafir surəsi, 13)
… Sən Mənim təhdidimdən qorxanlara Quranla oyud-nəsihət ver! (Qaf surəsi, 45)
Sən oyud-nəsihət ver. Cunki oyud-nəsihət mominlərə fayda verir. (Zəriyət surəsi, 55)
Oyudə ən gozəl cavab necə verilər?
Allah Quranda “Aralarında hökm vermək ucun Allah`ın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sozu ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!” (Nur surəsi. 51) ayəsi ilə mominlərin oyud-nəsihəti necə qarşılaması bildirilir. Allah`dan və Allah`ın elcilərindən gələn oyudu eşidərək dərhal əməl edənləri Allah cənnətlə mujdələyir. Bundan əlavə, Allah başqa bir ayəsində mominlər haqqında: “O kəslər ki, sozu dinləyib onun ən gozəlinə uyarlar. Onlar Allah`ın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər surəsi, 18)” - soyləyir. Bu ayəyə əsasən, mominlər Allah`a inananların verdiyi bütün öyüdləri dinləyir, onlara daima yaxşılığı əmr etdiyini və pis işlərdən cəkindirdiyini unutmur və hər sozunu səmimi şəkildə yerinə yetirirlər.
Hiç yorum yok:
Yorum Gönder