Dində məcburiyyət varmı?


Dində məcburiyyət varmı?

Bu sualın cavabı bir ayədə açıq şəkildə verilmişdir:
Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu inkar edib Allah`a iman gətirsə, o, artıq ən mohkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)
Ayədə bildirildiyi kimi, insanı dinə uyğun yaşamağa məcbur etmək olmaz. Digər insanlara Allah`ın varlığını və Quran əxlaqını təbliğ etmək mominin vəzifəsidir. Bu ohdəliklərini yerinə yetirmək istəyən mominlər digər insanların hidayətinə vəsilə olmaq ucun dini təbliğ edir, lakin Allah hidayət vermək istəmədikdən sonra hec nə edə bilməyəcəklərini bilərək bundan sonrasını həmin insanın vicdanına həvalə edirlər. Çünki Allah`ın və axirətin varlığı açıq-aşkar ortadadır. Allah`ın çağırdığı doğru yol ilə şeytanın çağırdığı azğınlıq yolun arasındakı fərqi gormək çox asandır. Hansının daha gözəl və faydalı olduğunu hər insan öz vicdanı ilə anlaya bilər. Ona gorə, Allah`dan qorxan insanlar hec bir təzyiq və ya məcburiyyətə gərək qalmadan doğru yola tabe olurlar.
Allah Quranda inananların üzərinə duşən vəzifənin sadəcə doğru olanı təbliğ etmək olduğunu  bir çox ayədə bildirmişdir:
Əgər onlar səninlə mubahisə edərlərsə, de: “Mən ozumu ardımca gələnlərlə birlikdə Allah`a təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Uz dondərsələr, (bil ki), sənin ohdənə duşən ancaq təbliğ etməkdir. Allah qullarını görür. (Ali-İmran surəsi, 20)

Xeyir işlərdə yarışmaq nə deməkdir?
İnsanlar iman dərəcələrinə gorə bir-birlərindən fərqlənirlər. Bəzi insanlar Allah`a hec iman gətirməzlər. Bəzisi isə guclu Allah qorxusundan daima saleh əməllər etməyə və dinə xidmət etməyə çalışır. Həyatının hər anında Allah`ı razı etməyə çalışan bu insanları Allah Quranda belə xəbər vermişdir:
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)
Bu insanlar səhərdən axşama qədər daima dinə xidmət etməyə, dinin və mominlərin mənfəəti ucun saleh əməllər işləməyə, bir sozlə, hər an Allah`ı razı edən xeyirli işlər görməyə çalışırlar. Bunun üçün daima düşünməli, dua etməli, Allah`ın ən çox razı olduğu davranışı axtarıb taparaq o cür davranmalı olduqlarını bildilər. Ona görə, daima Allah`a yaxınlaşmaq, Onun ucalığını haqqı ilə təqdir etmək üçün dərindən düşünürlər. Bir an olmaz ki, düşünməsinlər, dünyanın keçici yararına dalıb axirəti unutsunlar. Səmimi iman gətirdikləri üçün həyatlarının hər anını Allah üçün keçirərlər və bu məsələdə qəflətə düşməzlər. Dayanmadan Allah`ı və Onun böyüklüyünü düşünmək Allah qorxularını artırır. Allah`ın Quranda əmr etdiyi kimi, bir işi qurtardıqda dərhal başqa işlə yorulurlar. Bu insanlar yarışıb önə keçənlərdir və Allah onları cənnətlə müjdələmişdir:
(Xeyirxah işlərdə) ondə gedənlər ondədirlər! Onlar yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar. (Vaqiə surəsi, 10-12)

Momin nələrə səbir edər?
Mominin ən muhum xususiyyətlərindən biri səbirdir. Ancaq Qurandan oyrəndiyimiz səbir sıxıntı vaxtlarında çətinliyə dozmək deyil. Mömin ömrü boyu qarşılaşdığı hər hadisədə, hər an Allah`ın ən çox razı olduğu davranışı etməkdə səbir gostərər.
Allah mominləri aclıq, qorxu, can və mallarından azaltma, bolluq kimi müxtəlif hadisələrlə imtahan edir. Quranda tərif edilən momin isə hansı şəraitdə olsa da, səbirlə Allah`ın rizasını axtarar. Bolluqda Allah`a şükür edər, cətinlik və sıxıntı anlarında Allah`a təvəkkul edər, dinin və mominlərin mənfəətini həmişə oz mənfəətindən ustun tutar. Omru boyu butun gozəl əxlaqi xususiyyətləri səbirlə tətbiq edər. Səmimidir, duzgundur, fədakardır, çalışqandır, şövqlüdür, həmişə sozun ən gozəlini soyləyər, daima dinə xidmət edər. Xulasə, Allah`ın gözəl gostərdiyi hər şeyi səbirlə edər. Bunun əvəzində, Allah səbir edən qullarını belə mujdələmişdir:
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə mujdə ver! O kəslər ki, onlara bir musibət uz verdikdə: “Biz, Allah`a məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. Onlara oz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 155-157)

İnkar edənlərə də bu dunyada 
mal-mulk verilməsinin hikməti nədir?
İnkar edənlərin mal-mulku və gücü onların daha da azmasına səbəb olmuşdur. Bu, Allah`ın Quranda açıqladığı sirdir. Allah onların əlindəki mülkün ancaq dünyaya aid olduğunu, möminlərin əsla bunlara həsəd aparmamasını əmr etmiş, bu mulklə onların küfrünü artıracağını, sonda hamısını cəhənnəmə atacağını vəd etmişdir.
Bu muhum sirr ayələrin birində belə acıqlanır:
Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dunya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tovbə surəsi. 55)

İnkar edənlər əməllərinə gorə 
nə ucun dərhal cəzalandırılmırlar?
Bu dunya imtahan muhiti olduğu üçün Allah hamıya öyüd alıb davranışlarını düzəltmək ucun mohlət verir. İnkar edənlərin axirətdəki cəzası da onlara təyin edilmiş bu vaxt bitənə qədər təxirə salınır. Belə ki, cəhənnəmə girdikdə hec bir bəhanələri qalmasın. İsrarla inkar edənlərə əllərindən gəldiyi qədər pislik etmək ucun fursət verilir. Beləliklə, əməlləri ilə cəhənnəmdəki cəzalarına tam layiq olurlar.
Kufr edənlər onlara verdiyimiz mohləti hec də ozləri ucun xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab gorəcəklər! (Ali-İmran surəsi, 178)

İnkarçıların dünyadakı sonu
Allah inkarcılar üçün axirətdə əbədi əzab hazırlamışdır. Ancaq inkarçılar üçün dünyada da müxtəlif əzablar var. Bunlar cəhənnəmdəki əzab kimi olmasa da, əbədi əzablarının bir növ başlanğıcıdır. Eyni zamanda, peşman olub ibrət almaları və doğru yola dönmələri ucun Allah`dan xəbərdarlıq xüsusiyyəti daşıyırlar. Allah dünyada verəcəyi əzabı və səbəbini ayədə belə bildirir:
Biz ən boyuk əzabdan əvvəl onlara mutləq dunya əzabından daddıracağıq. Bəlkə, (tovbə edib düz yola) qayıdalar! (Səcdə surəsi, 21)
İnkarçıların inkar etməsinin ən muhum səbəbi dunya həyatına hərisliklə bağlanmaları və anladıqları halda, dünyəvi istəklərinə gorə, həqiqəti qəbul etməmələridir. Allah inkarçılar üçün dünyada hazırladığı əzabla onların dünya həyatındakı bütün nemətlərini əllərindən alır. Quranda bəhs edilən dunyəvi əzablardan bəzisi belədir:
İnkar edən qovmun ustunə cəyirtkə, həşərat, qurbağa kimi heyvanların göndərilməsi. (Əraf surəsi, 133)
Quraqlıq və məhsul qıtlığı, iqtisadi böhranların baş verməsi. (Əraf surəsi, 130, Nəhl surəsi, 112)
Qarun və ya varlı bağ sahibi kimi var-dövləti ilə öyünüb azğınlaşan insanlara verilən əzablar nəticəsində onların bütün var-dövlətlərini itirməsi. (Qəsəs surəsi, 76-82, Kəhf surəsi, 32-43)
İnkar edənlərin bədbəxt olması. (Əla surəsi, 11-12)
Xulyalarla yaşamaları. (Nisa surəsi, 120)
Qəlblərinin dar və sıxıntılı olması, rəzil olmaları. (Ənam surəsi, 125)

Hiç yorum yok:

Yorum Gönder