Boş və faydasız şeylərdən necə üz çevirmək olar?
Nələr boş və faydasızdır?
Boş və faydasız şeylərdən üz çevirmək insanın sadəcə Allah`ın rizasına uyğun davranması ilə mümkün olar. Mömin dünyada ona verilən müddəti çox yaxşı dəyərləndirməlidir. Çünki bu dünyada etdiyi əməllər nəticəsində axirətdə əbədiyyən qalacağı yer müəyyən olunacaqdır. Ona görə də gördüyü hər işlə axirəti üçün xeyir qazanmağa çalışar. Əlbəttə, hər insan kimi danışar, əylənər, yemək yeyər, gulər, duşunər, işləyər, amma bunları edərkən daima insanlara, dinə fayda verən xeyirli şeylər düşünər.
Bundan əlavə, hər hərəkətini bir məqsədlə edər. Daima ona Allah`ın razılığını ən çox qazandıran işə yonələr. Bunu belə bir misalla izah edə bilərik: avtomobil motorlarının gücü haqqında hər insan sohbət edə bilər. Ancaq momin gorulməli daha vacib işlər varsa, saatlarla bu məsələ haqqında danışmaz. Eyni şəkildə, mömin yanında Allah`ın dinini təbliğ edəcək bir insan varsa, onunla uzun muddət idman yarışlarında hansı tərəfin qalib gələcəyi haqqında danışmaz. Çünki o anda həmin insanın Allah`ın varlığını, böyüklüyünü, cənnətə layiq olmaq və cəhənnəmdən cəkinmək ucun nələr etməli olduğunu öyrənməsi daha vacibdir.
Qısaca desək, momin dinin və musəlmanların xeyrinə olmayan movzularda nə uzun-uzun sohbət edər, nə də bu mövzulara lazım olduğundan artıq vaxt ayırar. Dünya ilə bağlı söhbət edərkən daha faydalı şeylər haqqında danışar, vaxtını yaxşı dəyərləndirər. Həmin anda nəyin mənasız iş, nəyin isə faydalı şey olduğunu vicdanı və ağlı vasitəsilə ayırd edər və bu əxlaqında qətiyyətli olar. Quranda boş sozlə qarşılaşdıqda möminin davranışı belə izah edilir:
Onlar boş bir soz eşitdikləri zaman ondan uz cevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər. (Qəsəs surəsi, 55)
Quranda təmizlik anlayışı
Mominlər fiziki cəhətdən tərtəmiz insanlardır. Bədənləri, yeməkləri, paltarları, yaşadıqları yerlər həmişə təmizliyi və nizamı ilə nəzərə çarpır. Harada olsalar, oranı Quranda tərif edilən, tərtəmiz cənnət muhitinə bənzətməyə çalışırlar.
Allah mominlərin təmizliyinin necə olmasına aşağıdakı ayələrdə diqqət cəkmişdir:
Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (Muddəssir surəsi, 4-5)
Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!.. (Bəqərə surəsi, 172)
… Mənə hec bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, ruku edən və səcdəyə qapananlar ucun təmizlə! (Həcc surəsi, 26)
Quranda mənəvi təmizlikdən də
bəhs edilirmi?
Allah Quranda insanın ruhən təmiz olmasından bəhs edir. Nəfsindəki pisliklərdən uzaqlaşan, nəfsini təmizləyən insanların nicat tapacağına diqqət cəkir:
Sonra da ona gunahlarını və pis əməllərdən cəkinməsini oyrədənə ki, nəfsini təmizləyən mutləq nicat tapacaqdır! (Şəms surəsi, 8-9)
İnsanın mənəvi cəhətdən təmiz olması, ayədə bildirildiyi kimi, nəfsinin əmr etdiyi pisliklərdən tamamilə uzaq durması ilə mumkun olar. Mənəvi cəhətdən təmiz olan insan səmimi imana, rahat əhvala malikdir. Gorduyu hər iş kimi duşuncələri də xeyirlidir. Qarşısına çıxan hər hadisədə Allah`dan razı olur, daxili ilə zahiri birdir. Bundan əlavə, Allah`dan gələn hər şeyin onun ucun mutləq xeyir olduğunu bilir.
Bu cur insanlar nəfslərindəki pisliklərdən təmizlənən insanlardır və Allah Quranda bu insanların sonunun gözəl olacağını xəbər vermişdir:
… Sən ancaq Rəbbindən (Onu) gormədikləri halda qorxanları və namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs təmizlənsə, ozu ucun təmizlənmiş olar. Axır dönüş ancaq Allah`adır! (Fatir surəsi, 18)
Təmizlənən kimsə isə nicat tapacaqdır. (Əla surəsi, 14)
Quran əxlaqında həsədin yeri
Həsəd Quranda qınanan davranışdır. Allah sınamaq məqsədilə insanların nəfsini həsədə meyilli yaratdığını, lakin möminlərin bundan cəkinmələrini Quranda bildirmişdir:
… Ancaq nəfslərdə xəsislik həmişə movcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz, şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa surəsi, 128)
Bəzi insanlardan qısqanc olub-olmadığını soruşduqda ya “bəli” cavabını verir, yaxud da bir az qısqanc olduğunu deyirlər. Ancaq bu cavabın ardında gizlənən mənanı hərtərəfli duşunmurlər. Halbuki, qısqanclıq insanın başqa birinin özündən hər hansı cəhəti ilə ustun olduğunu qəbul etməməsinin nəticəsi kimi uzə çıxır. Bu isə insanı Allah`a qarşı təkəbbur gostərməyə qədər apara bilər. Çünki insanlara sahib olduqları bütün xüsusiyyətləri Allah bəxş etmişdir. İstədiyinə istədiyini verir və bunun qarşısını kimsə ala bilməz.
Bundan əlavə, Quranda şeytanın həsəd apardığı üçün hz. Adəmə səcdə etməyərək Allah`a usyan etməsindən bəhs edilir. Ozunu hz. Adəmdən daha ustun gorduyu bildirilir. Bu təqdirdə, qarşımıza mühüm həqiqət çıxır: həsəd, qısqanclıq şeytana aid xüsusiyyətdir və Allah`dan qorxan insan bundan cəkinməlidir.
Allah Quranda mominlərə həsəd aparan insanların əlindən çıxan pisliklərdən qorunmaq üçün Ona sığınmalarını söyləyir:
De: “Pənah aparıram sübhün Rəbbinə! (Fələq surəsi, 1)
Və bir də paxıllığı tutanda paxılın şərindən! (Fələq surəsi, 2)
Hiç yorum yok:
Yorum Gönder